/ / Əli Əhmədov: Mərkəzçi Demokratlar İnternasionalında həm hakimiyyətdə, həm də müxalifətdə olan partiyalar təmsil olunur
Əli Əhmədov: Mərkəzçi Demokratlar İnternasionalında həm hakimiyyətdə, həm də müxalifətdə olan partiyalar təmsil olunur
10.07.2014 [10:07]
“Yeni Azərbaycan Partiyası (YAP) geniş beynəlxalq əlaqələrə malikdir. Partiyamız həm Avropa, həm də Asiya istiqamətində geniş, şaxələnmiş əlaqələr qurub. YAP, həmçinin, beynəlxalq partiya təşkilatlarında da təmsil olunur, onların tədbirlərində fəal iştirak edir. YAP-ın təşəbbüsü ilə Azərbaycanda dəfələrlə beynəlxalq konfranslar keçirilib ki, bu konfraslarda istər Avropadan, istərsə də Asiyadan çoxlu sayda nümayəndələr iştirak edib”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bugünlərdə Mərkəzçi Demokratlar İnternasionalının və Avropa Xalq Partiyasının nümayəndələrinin ölkəmizə səfəri bu əməkdaşlığın nümunəsidir. Onun sözlərinə görə, Mərkəzçi Demokratlar İnternasionalının faktaraşdırıcı missiyasının bu səfəri də partiyamızın geniş beynəlxalq əlaqələrini təsdiq edir.
“Qarşımıza qoyduğumuz məqsəd bu qurumlarda üzv kimi təmsil olunmaqdır. Ümid edirəm ki, həmin faktaraşdırıcı missiyanın gələcəyi qənaət də bundan ibarət olacaq” - deyən, YAP Sədrinin müavini bəzi müxalifət partiyalarının YAP-ın adıçəkilən beynəlxalq təşkilata üzv olmaq məsələsi ilə əlaqədar yanlış fikirlərinə də münasibət bildirib. “Rəqiblərimiz həqiqətin əksinə olaraq yalan informasiya yayırlar ki, guya YAP-ın üzv olmaq istədiyi Mərkəzçi Demokratlar İnternasionalına daxil olan partiyalar müxtəlif ölkələrdə yalnız müxalifəti təmsil edən partiyalardır. Bu, tamamilə yalandır. Qeyd edim ki, bu təşkilata müxtəlif ölkələri təmsil edən 70-dən çox siyasi partiya daxildir. Onların içərisində müxtəlif yönümlü - sağçı, mərkəzçi yönümlü, hakimiyyətdə və müxalifətdə olan partiyalar da var. Biz bu quruma üzv olmaq niyyətimizi ortaya qoyarkən, orada partiyaların müxalifətdə və ya hakimiyyətdə olmasını nəzərdə tutmamışıq. Bu, beynəlxalq aləmdə böyük nüfuz qazanmış, 70-dən çox siyasi partiyanı özündə birləşdirən beynəlxalq partiya qurumudur. Bir daha onu qeyd etmək istəyirəm ki, həmin təşkilatın üzvlərinin böyük hissəsi dünyada, o cümlədən Avropa ölkələrində hakimiyyətdə olan sağ partiyalardır. Ona görə də, rəqiblərimizin bizim istəyimizə kölgə salmaq cəhdləri indiyə qədər olduğu kimi yenə də iflasa uğrayacaq. Çünki onlar yalana istinad edirlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
YAP-ın beynəlxalq əlaqələrinin bundan sonra da genişləndiriləcəyini deyən Əli Əhmədov bildirib ki, partiyamız artıq beynəlxalq aləmdə yaxşı tanınır və böyük hörmətə malikdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

