YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci turuna start verilib
14.07.2014 [12:48]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turuna start verilib. Bununla bağlı iyulun 12-də YAP Mərkəzi Aparatında toplantı keçirilib. Layihənin II turu çərçivəsində Oğuz rayonuna yola düşəcək gənclərlə görüş xarakterli tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Gənclər Birliyi ofisinin əməkdaşları və layihənin ilk mərhələsində iştirak edəcək gənclər iştirak ediblər.
Toplantıda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov hər il həyata keçirilən “Yay məktəbi” layihəsinin məqsədinin gənclərin bilik və bacarıqlarının, eləcə də intellektual potensiallarının artırılması, ünsiyyət imkanlarının genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsini olduğunu vurğulayıb. Yeni Azərbaycan Partiyasının daim gənclərə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdıran S.Novruzov deyib ki, YAP-da təmsil olunan gənclər öz intellektual səviyyə və bacarıqları ilə nümunədirlər. Bu cür layihələrin gənclərin inkişafına xidmət etdiyini bildirən YAP İcra katibinin müavini layihə çərçivəsində müxtəlif görüş, təlim, diskussiya və interaktiv oyunların keçirilməsinin bilik və bacarıqların artırılmasına xidmət etdiyini əlavə edib.
S.Novruzov gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etmələrini tövsiyə edib.
Sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət Babaoğlu “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin əhəmiyyətindən bəhs edib. Baş redaktor bu cür layihələrin Yeni Azərbaycan Partiyasının gənclərə göstərdiyi diqqət və qayğının nümunəsi olduğunu bildirib.
Daha sonra tədbir iştirakçılarına layihənin proqramı haqqında məlumatlar verilib.
Qeyd edək ki, Lerikə yola düşəcək gənclərlə də həmin gün görüş keçirilib. YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov çıxış edərək builki “Yay məktəbi” layihəsinin daha geniş şəkildə təşkil olunduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, 800 gənc 5 mərhələdə Lerik və Oğuzda “Yay məktəbi”ndə iştirak edəcək, Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də təmsil olunacaq.
Daha sonra gənclərə müvafiq tövsiyə və tapşırıqlar verilib.
“Səs” qəzetinin baş redaktoru, Lerik turunun qrup rəhbəri Bəhruz Quliyev isə gənclərə uğurlar arzulayaraq “Yay məktəbi”nin gənclərin bilik və bacarıqlarının artırılmasında səmərəli olacağını bildirib.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

