/ / YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” mühüm diskussiya platformasıdır
YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” mühüm diskussiya platformasıdır
16.07.2014 [10:06]
Oğuzda “Yay məktəbi” davam edir
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu öz işini davam etdirir. İyulun 15-də seminar-diskussiya keçirilib, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
“İKT və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən seminarda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət Babaoğlu XXI yüzilliyi informasiya əsri kimi səciyyələndirərək müasir dövrdə İKT-nin inkişafının strateji əhəmiyyət kəsb etdiyini bildirib. Baş redaktor deyib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi müsbət məqamlarla yanaşı, bir sıra zərərli tendensiyaların meydana çıxmasına səbəb olub.
İKT-nin tərəqqisinin informasiya cəmiyyətinin inkişafını şərtləndirdiyini deyən baş redaktor bu məsələnin həm pozitiv, həm də neqativ aspektlərinin mövcud olduğunu bildirib: “İnformasiya cəmiyyəti bir çox fundamental xüsusiyyətləri ilə digər sosium növlərindən fərqlənir. Belə ki, bu növ sosiumda cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması, daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması təməl xüsusiyyətlər kimi səciyyələndirilir. Eyni zamanda, informasiya cəmiyyətində insanların effektiv (bir o qədər də rasional) qarşılıqlı informasiya əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması müşahidə olunur”.
Hikmət Babaoğlu əlavə edib ki, bütün bunlarla yanaşı, informasiya cəmiyyətində bir sıra potensial təhlükə və təhdid mənbələri, meyilləri də mövcud olur: “Belə ki, “xam maddə” səciyyəsi daşıyan informasiyadan media institutları - kütləvi informasiya vasitələri ən müxtəlif məqsədlər naminə fərqli formalarda istifadə edirlər və bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu sırada qeyd olunmalıdır ki, modern informasiya cəmiyyətlərində media institutlarının informasiyadan siyasi manipulyasiya məqsədilə istifadə etmələri, demək olar ki, qanunauyğun hala çevrilib. Məhz buna görə də, potensial olaraq, informasiya cəmiyyətinin ən aşkar təhdid faktoru qismində informasiyadan siyasi manipulyasiya məqsədilə istifadə olunması çıxış edir”.
İnformasiya resurslarını strateji idarəetmə vasitəsi kimi xarakterizə edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru qeyd edib ki, sosial medianın meydana çıxması və internetdən istifadə imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.
“İKT və kibertexnologiyaların inkişafı çox sürətlə gedir və bəşəriyyəti insanların proqnozlaşdıra bilmədikləri nöqtələrə gətirib çıxarır. Yeni kibertexnologiyalar yaradılan zaman onu yaradan və idarə etməyə çalışan mərkəzlərin maraqlarına xidmət etsə də, sonrakı mərhələdə öz-özlüyündə yarımmüstəqil platformaya çevrilərək proqnozlaşdırılmayan və idarə olunmayan proseslərə gətirib çıxarır. Və belə demək mümkünsə, yeni innovasiyalar və yeni kibertexnologiyalar insanlara yeni azadlıqlar bəxş etsə də, eyni zamanda, bu azadlıqların hüdudları, ölçüsü və dərəcəsi qeyri-müəyyən olduğu üçün bunun azadlıqmı, yoxsa anarxiyamı olduğuna dair ciddi suallar yaradır. Məsələ bundadır ki, yeni texnologiyalar yaradılan zaman, ilk növbədə, qarşıya qoyulan məqsəd həmin texnologiyalara nəzarət etməyi də özündə birləşdirən bir ideya idi. Təəssüf ki, getdikcə nəzarət amili sıradan çıxdı və artıq kibertexnologiyalar virtual məkanda öz-özünə inkişaf edən, öz-özünü tənzimləyən, öz sərhədlərini və keyfiyyətini müəyyənləşdirən nizamlı, eyni zamanda, xaotik bir prosesə çevrilir”, - deyən baş redaktor müasir qloballaşma şəraitində informasiya təhlükəsizliyi probleminin bütün cəmiyyətlərə aid olduğunu və strateji məsələ kimi çıxış etdiyini əlavə edib.
Sosial medianı özünəməxsus platforma kimi səciyyələndirən qrup rəhbəri “O, bütün fərdləri əhatə edəcək qədər kütləvidir, eyni zamanda, ifrat sərbəstlik verəcək qədər azaddır. Belə olan təqdirdə bəhs olunan platformada idarəetməni və rasional nəzarəti necə təşkil etmək lazımdır? Rasional münasibətlər sisteminin formalaşmadığı neqativ yüklü cəmiyyətlərdə bu platforma, bir növ, xaos və destruktiv ziddiyyətlər mənbəyi kimi çıxış edir ki, bu da, əlbəttə, arzuolunmazdır. Məsələn, “Ərəb baharı” adlandırılan Yaxın Şərq və Şimali Afrika olaylarından sonra bir daha əmin olduq ki, sosial media hər nə qədər inkişaf üçün bir açar əhəmiyyəti daşıyırsa, bir o qədər də tənəzzül mənbəyi və ya vasitəsi kimi çıxış edir”, - deyə əlavə edib.
Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, informasiya əsrinin yaratdığı problemlər diqqətə çatdırılıb. Bildirilib ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar.
Müzakirə çərçivəsində klassik medianın da informasiya cəmiyyətinin formalaşması prosesindəki roluna diqqət yetirilib. Vurğulanıb ki, XXI yüzillikdə media qurumlarının fəaliyyəti ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Həmçinin, məlumatlandırma, maarifləndirmə kimi mühüm funksiyaları həyata keçirən KİV sağlam ictimai rəyin formalaşması işinə çox əhəmiyyətli töhfələr verir. Bununla yanaşı, bəzi mətbuat orqanlarının öz fəaliyyətini manipulyasiya üzərində qurmasının ictimai-siyasi proseslərə neqativ təsir göstərməsi yolverilməz hal kimi xarakterizə olunub.
Sonda “Yay məktəbi”nin mühüm diskussiya platforması olmasının təqdirəlayiq olduğu bildirilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

