Oğuzda “Yay məktəbi”nin IV turu işini uğurla davam etdirir
30.07.2014 [10:21]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsi davam edir. İyulun 27-dən avqustun 1-dək davam edəcək məktəb çərçivəsində hər birində 100-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında olacaq, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail olacaqlar. Avqustun birinə qədər davam edəcək «Yay məktəbi»ndə ümumilikdə 800-ə yaxın gənc iştirak edəcək.
İyulun 29-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsi çərçivəsində YAP fəalları Həsənli Aysel və Fidan Abasovanın moderatorluğu ilə «İKT-Azərbaycanda prioritet sahə” mövzusunda təlim keçirildi.
Milli Məclisin deputatı, qrup rəhbəri Kamilə Əliyeva internetin gündəlik həyatımızdakı rolundan və İKT-nin Azərbaycanın sosial və iqtisadi sahələrinə tətbiqindən bəhs etdi. Bildirdi ki, cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq internetsiz həyatı təsəvvür etmək mümkün deyil. Müasir şəraitdə cəmiyyətin əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır.
K.Əliyeva İKT-nin əhatə dairəsi-hökumət təşkilatları, qeyri-hökumət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə etməsi haqqında məlumat verdi.
Sonra təlimin moderatoru, Yasamal YAP GB-in üzvü Fidan Abasova “İKT-Azərbaycanda prioritet sahə” mövzusunda çıxış etdi. Bildirildi ki, İKT dünyada ən inkişaf etmiş və neft sahəsindən sonra II prioritet olan sahədir. İKT-nin inkişafı neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbyacnda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur. Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin geniş inkişafı ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət aldı. Bu gün regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük imkanlara malikdir. Hazırda ölkəmizdə “Evədək optika” layihəsi həyata keçirilməkdədir. Hətta bölgələrimizin ucqar kəndləri də genişzolaqlı sürətli internet xidməti ilə təmin edilməkdədir.
F.Abasova xüsusi olaraq vurğuladı ki, Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiya və kommunikasiya texnologiyaları olmalıdır. Çıxışlarında “Qara qızılın insan qızılına” çevrilməsinin vaxtının çatdığını qeyd edən Azərbaycan Prezidenti informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır.
Təlimin moderatoru, Yasamal YAP GB-in üzvü Həsənli Aysel mövzu ətrafında fikirlərini açıqladı. “İnformasiya cəmiyyəti” və “Elektron hökumət” haqqında danışan A.Həsənli bildirdi ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. İnformasiya cəmiyyətinin müsbət xüsusiyyətləri haqqında danışan Həsənli Aysel qeyd etdi ki, informasiya böhranı aradan qaldırır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyət həll olunur, insanlar hər bir şey haqda çox məlumatlı olurlar.
Əlavə olaraq bu fikir də vurğulandı ki, son illər inkişaf etmiş ölkələrdə demokratiyanı inkişaf etdirən amillərdən biri də “Elektron hökumət” hesab olunur. Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və uğurla həyata keçirilir. Bu gün İKT sahəsində Azərbaycan inkişaf etmiş ölkələrlə əməkdaşlığı genişləndirir. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında İKT-nin inkişafı məsələsinə geniş yer ayrılıb. Belə ki, burada İKT sahəsində gəlirlərin 2 dəfə artırılması, neft sektorunu üstələməsi, 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin ölkə ərazisində 100% tətbiqi və informasiya cəmiyyətinə keçidin təmin edilməsi öz əksini tapmışdır.
Diskussiya şəklində davam edən təlimdə gəncləri maraqlandıran suallar da cavablandırıldı.
Günün ikinci yarısında gənclər arasında idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis və s.) keçirildi. Daha sonra gənclərin iştirakı ilə interaktiv oyunlar keçirildi. Günə “İstedad gecəsi” adlı tədbir ilə yekun vuruldu.
Artıq «Yay məktəbi»nin üçüncü günü arxada qalır. Layihənin məqsədi hər günün gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynamasıdır. Diskussiya şəklində davam edən təlimlər və debatlar gənclərə öz potensial imkanlarını ortaya qoymaları üçün şərait yaradır. Bu reallıq arxada qalan hər gündə özünü təsdiqləyir ki, gənclərin fəallığının artırılması mütləqdir və bu istiqamətdə səylər göstərilir.
Cavid Əkbərov, “İki sahil”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

