Tovuzda YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
05.12.2014 [10:01]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatında rayondan bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib. Görüşü YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov açaraq seçki kampaniyası dövründə görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, Tovuz rayonunda 41 bələdiyyə üzrə 375 bələdiyyə üzvü yerinin hər birinə YAP tərəfindən namizədlər irəli sürülüb. Onların hamısının namizədliyi DSK-lar tərəfindən qeydə alınıb. M.Bayramov deyib ki, dekabrın 1-dən təbliğat kampaniyasına başlanıb və YAP Tovuz rayon təşkilatının təbliğat qrupunun üzvləri və partiyamız tərəfindən irəli sürülmüş namizədlər seçicilərlə görüş keçirirlər: “İnanırıq ki, prosesin sonunda YAP təmsilçiləri yenə də qalib gələcək”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov isə deyib ki, hazırda regionun ən güclü partiyası olan YAP ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanıb: “Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır. YAP qələbələr partiyası kimi daim dövlətimizin inkişafına, xalqımızın rifah halının daha da yüksəlməsinə xidmət edir. Partiyamızın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlər də, məhz bu amala, bu məqsədə xidmət etməlidir”.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə deyib ki, bələdiyyələr Azərbaycanın inkişafında mühüm rola malikdir və bələdiyyələrdə təmsil olunan insanlar öz fəaliyyətləri ilə xalqın və partiyamızın etimadını doğrultmalıdırlar. O deyib ki, partiyanın bələdiyyə üzvlüyünə namizədlərinin əsas məqsədi ötən bələdiyyə seçkilərində olduğu kimi, bu seçkilərdə də qalib gəlmək, yaşadığı bölgənin tərəqqisi, sosial-iqtisadi yüksəlişi, əhalinin rifahı naminə əzmkarlıqla çalışmaq, yerli özünüidarəetməni daha da inkişaf etdirməkdir.
Görüşdə YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov da iştrak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

