YAP Qazax rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib
11.12.2014 [10:22]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında partiya tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadınlarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova bələdiyyə seçkilərinə hazırlıqdan danışıb. Onun sözlərinə görə, Qazax rayonu üzrə 17 bələdiyyəyə seçiləcək 165 nəfər bələdiyyə üzvü yerinə YAP Qazax rayon təşkilatı tərəfindən 165 nəfər namizəd irəli sürülüb ki, onlardan da 61 nəfəri, yəni 37 faizi qadınlardır: “Eyni zamanda, 21 nəfərdən ibarət olan YAP Qazax rayon təşkilatının Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvlərinin 6 nəfəri qadınlardır. Qadınlarımız rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat işlərinin aparılmasında fəal iştirak edirlər. Ümumiyyətlə, rayonun iqtisadi, sosial-ictimai həyatında hər zaman fəal rol oynayan qadınlarımızın qarşıdan gələn bələdiyyə seçkilərində parlaq qələbə qazanacaqlarına inanırıq”.
Tədbirdə çıxış edən partiyanın Qərb regionu üzrə təbliğat-təşviqat qrupunun üzvləri - Emma Aslanova, Vüsalə Veysəlova, Nərgiz Rəsulova, Kifayət Fəttahi, Qazax Müəllimlər İnstitutunun direktoru Afaq Qasımova ölkəmizin inkişafından, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğundakı fəaliyyətindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin uğurlarından danışıblar. Qarşıdan gələn bələdiyyə seçkilərində qadınların fəallığının artırılmasının vacibliyi vurğulanıb.
Daha sonra çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Qazax rayon təşkilatının Seçki Qərargahının gördüyü işlərdən, YAP üzvü olan qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan danışıb. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınların qələbə qazanacağına əminlik ifadə olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

