YAP Masallı rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib
11.12.2014 [10:29]
23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə seçkilərində namizədlikləri qeydə alınmış qadın namizədlərlə görüş keçirib.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən indiyədək görülmüş işlər barədə ətraflı məlumat verib.
Qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən S.Əliyev, həmçinin, əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar”.
Sonra tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək deyib ki, son illərdə Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib: “Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda, Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Sözsüz, bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Masallı rayonunun qadınları da respublikamızda və rayonda gedən iqtisadi inkişafa öz töhfələrini verirlər”.
Natiq daha sonra Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlara bu siyasi marafonda uğurlar arzulayıb.
Daha sonra YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasından namizədliyi qeydə alınmış Mehparə Məmmədova çıxış edərək rayonun ziyalı qadınlarının Masallının inkişafında fəal iştirak etdiklərini qeyd edib: “2751 qadını öz ətrafında birləşdirən YAP Masallı rayon təşkilatının Qadınlar Şurası bütün seçkilərdə fəal iştirak edərək partiyanın irəli sürdüyü ideyaları həyata keçiriblər. Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülən qadınlarımız da əminəm ki, uğurlar qazanacaq və YAP-ın ətrafında sıx birləşəcək, Masallı rayonunun inkişafına öz töhfələrini verəcəklər”.
Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvü Nigar Kərimova, namizədlərdən Əntiqə Tağıyeva və başqaları çıxış edərək YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınlara uğurlar arzulayıblar.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

