Siyəzənli seçicilər Yeni Azərbaycan Partiyasına səs verəcəklər
16.12.2014 [10:26]
Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər dünən Siyəzən rayon mərkəzində və Gilgilçay qəsəbəsində baş tutub.
Rayon mərkəzində keçirilən görüşü giriş nitqi ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir. Ötən dövrdə bir çox bələdiyyələr müsbət təcrübə qazanıb, onların cəmiyyətdə rolu artıb. Natiq, həmçinin, qeyd edib ki, bütün siyasi kampaniyaları qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir: “Rayonumuzda da bu kampaniya səmərəli və mütəşəkkil qaydada aparılır. İnanıram ki, rayon sakinləri arasında nüfuzu olan namizədlərimiz bu seçkidə də qalib olacaqlar”.
Tədbirdə çıxış edən YAP Siyəzən rayon təşkilatının Aparat rəhbəri İxtiyar İsayev bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda dinamik addımlarla irəliləyir: “Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir. Ona görə də Siyəzən ictimaiyyəti bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməlidirlər”.
Çıxış edən Siyəzən şəhər bələdiyyəsinə namizəd Lamiyə Babayeva bildirib ki, regionun aparıcı siyasi təşkilatı olan YAP-ın bu seçkidə də namizədlərinin qələbəsi üçün bütün ictimai-siyasi və sosial-iqtisadi amillər mövcuddur.
Daha sonra tədbir Gilgilçay qəsəbəsində davam etdirilib. Çıxış edən qəsəbə sakinləri - Gilgilçay Qəsəbə bələdiyyəsinə namizədlər - Könül Məmmədova, Təranə Zalova, Vahid Məmmədov və Taliyə Ocaqquliyeva vurğulayıblar ki, növbəti bələdiyyə seçkilərində də partiyamız tərəfindən irəli sürülən namizədlər seçicilərin etimadını qazanacaq və növbəti 5 ildə də bələdiyyələrin işində yaxından iştirak edəcəklər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

