Ağdamın Xındırıstan kəndində seçicilərlə görüş keçirilib
17.12.2014 [10:19]
İsgəndər Quliyev: Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası Ağdam rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində rayonun Xındırıstan kəndində növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev öncə onu bildirib ki, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir.
İsgəndər Quliyev deyib ki, Ağdam rayonu üzrə 119 saylı Ağdam kənd Seçki Dairəsinin 39 seçki məntəqəsində 32952 nəfər seçici qeydiyyatdadır: “Eyni zamanda, rayon təşkilatı tərəfindən Ağdam rayonunda 14 bələdiyyə üzrə 132 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. İrəli sürülən namizədlərin 53 nəfəri gənclər, 50 nəfəri isə qadınlardır. Əsas məqsədimiz YAP üzvü olan gənclərin və qadınların da seçkilərdə uğur qazanmasına nail olmaqdır”.
Çıxışında partiyanın fəaliyyətinə də toxunan rayon təşkilatının sədri qeyd edib ki, ötən 22 illik zaman kəsiyində YAP dövlətçilik uğrunda yorulmadan xidmət göstərib: “Məhz buna görə də, xalqımız bütün seçkilərdə YAP-ın namizədlərinə səs verir. Əminəm ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin qalibi də YAP olacaq”.
Sonra bələdiyyə üzvlüyünə namizəd Nazim Quliyev çıxış edərək öz platforması barədə seçicilərə ətraflı məlumat verib. Partiya fəalı Mətanət Kərimova isə qeyd edib ki, YAP tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadınlar və gənclər aktiv ictimai fəaliyyətinə görə fərqlənir və onlar sakinlər arasında yüksək nüfuza malikdirlər.
Görüşdə çıxış edən seçicilər bildiriblər ki, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, bütövlükdə, inkişafa xidmət edən əməli tədbirlərin görülməsi, məhz YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Məhz buna görə də, ağdamlı seçicilər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

