YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edib
07.05.2015 [10:01]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının Gənclər Birliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları, ilk növbədə, Qəbələdə yerləşən Heydər Əliyev Mərkəzinin foyesindəki Ulu öndərin büstü önünə gül dəstələri qoyublar. Sonra Ulu öndərin 92-ci ildönümü ilə əlaqədar təşkil olunan sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının aparat rəhbəri Elçin Tağıyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq qeyd edib ki, 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqın təkidli tələbi ilə ikinci dəfə, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Ümummilli lider Heydər Əliyev ölkədə yaşanan xaos, anarxiya, vətəndaş qarşıdurması kimi halları aradan qaldırdı, indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratdı. Eyni zamanda, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasını, inkişaf etməsini, möhkəmlənməsini, dünyaya inteqrasiya olunmasını təmin etdi.
Tədbirdə məruzə ilə çıxış edən YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin sədri Namiq Ağayev Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərə yüksək diqqət və qayğının göstərilməsindən və onların inkişafının dövlət tərəfindən stimullaşdırılmasından, əlverişli təhsil mühitinin yaradılmasından bəhs edib. N.Ağayev çıxışının sonunda bildirib ki, hər bir Azərbaycan gənci Heydər Əliyevin ideyalarından ruhlanaraq onlara dövlət tərəfindən göstərilən etimadı doğrultmalı, ölkənin inkişafı naminə daha çox çalışmalı və qazandıqları bilik-bacarıqları əməli işə sərf etməlidir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının gənc üzvləri Sahil İsrəfilzadə, Ceyhun Əhmədov və Qəbələ Hotelçilik üzrə peşə məktəbinin müəllimi Reyhan Çələbiyeva çıxış edərək bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsi daima yaddaşlarda yaşayacaq, Azərbaycan var olduqca Ulu öndərin xatirəsi də yad ediləcək.
Tədbir gənc fəallar Zümrüd Yaqubova, Xəyal Gəncimov, Şəbnəm Kamallı və Elşən Salehovun ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

