YAP Ağdam rayon təşkilatı parlament seçkilərinə ciddi şəkildə hazırlaşır
22.08.2015 [11:02]
İsgəndər Quliyev: Partiyamızın namizədlərinin bu seçkilərdə də qalib gələcəyi şübhəsizdir
“Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır”. Bunu YAP Ağdam rayon təşkilatının və bu təşkilatın Seçki Qərargahının sədri İsgəndər Quliyev deyib.
Rayon təşkilatının Seçki Qərargahının növbəti iclasında çıxış edən İsgəndər Quliyev bildirib ki, partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar YAP Ağdam rayon təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir: “Fəaliyyət proqramına uyğun olaraq YAP Ağdam rayon təşkilatının 21 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Bundan başqa, Seçki Qərargahının iş planı təsdiq edilib, qərargah üzvləri arasında vəzifə bölgüsü aparılıb, həmçinin, ziyalılardan, gənclərdən, qadınlardan və ağsaqqallardan ibarət təbliğat qrupları yaradılıb”.
O əlavə edib ki, seçki kampaniyalarının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var: “Bütün seçkilərdə olduğu kimi, parlament seçkilərini də uğurla başa vurmaq üçün geniş imkanlarımız var. Məhz bu təcrübəyə və YAP-ın xalq arasındakı nüfuzuna əsaslanaraq deyə bilərəm ki, partiyamızın namizədlərinin bu seçkilərdə də qalib gələcəyi şübhəsizdir”.
İsgəndər Quliyev, həmçinin, “Ağdam rayonu üzrə 4 Seçki Dairəsində - 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsində fəaliyyət göstərəcək 25 seçki məntəqəsində 10759 seçici, 118 saylı Ağdam şəhər Seçki Dairəsi üzrə 46 seçki məntəqəsində 39422 seçici, 119 saylı Ağdam kənd Seçki Dairəsi üzrə 42 seçki məntəqəsində 41236 seçici, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsi üzrə 16 seçki məntəqəsində 10455 seçici var. Bugünkü tarixdə bütövlükdə 4 Seçki Dairəsinin 129 seçki məntəqəsi üzrə 101872 seçici var ki, həmin seçicilərlə səmərəli iş aparmaq fəaliyyətimizin əsasını təşkil edir”, - deyib.
Onun sözlərinə görə, rayon ərazisində yalnız 119 saylı Ağdam kənd Seçki Dairəsinin 42 seçki məntəqəsi fəaliyyət göstərir: “Qalan seçki məntəqələri Bakı və Sumqayıt şəhərləri daxil olmaqla respublikamızın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərəcək və başlıca məqsədimiz bütün kateqoriyalardan olan insanların, xüsusilə gənclərin gücündən ən yüksək səviyyədə istifadə etməyə nail olmaqdır. Bu məqsədlə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini daha da artırmağa, habelə Qadınlar Şurasının gücündən maksimum istifadə etməyə çalışacağıq və qərargahın növbəti iclasında bu məsələlər ətraflı müzakirə ediləcək. Onu da qeyd edim ki, hazırda YAP Ağdam rayon təşkilatı 80 ərazi ilk partiya təşkilatında 6051 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2320 nəfəri qadınlar, 1714 nəfəri isə gənclərdir”.
Daha sonra rayon təşkilatı Seçki Qərargahının üzvü, YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova, YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev və başqaları çıxış edərək bildiriblər ki, partiyamız bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də uğur qazanacaq.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10

