YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahı toplantı keçirib
27.08.2015 [10:00]
Rüstəm Nağıyev: YAP bu seçkilərə də yüksək səviyyədə hazırlaşır
“Ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca seçki prosesi ilə bağlı fəaliyyətlər daha da aktivləşməkdədir. Öz növbəsində, müstəqil Azərbaycanda keçirilən bütün seçkilərdə qətiyyətli qələbə əldə etmiş Yeni Azərbaycan Partiyası (YAP) noyabrda keçiriləcək parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır”. Bunu YAP Gədəbəy rayon təşkilatının və rayon təşkilatı Seçki Qərargahının sədri Rüstəm Nağıyev deyib.
Onun sözlərinə görə, YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahı da seçki prosesinə ciddi şəkildə hazırlaşır. Vurğulamaq lazımdır ki, Gədəbəy rayonunun inzibati ərazisi üzrə 2 Dairə Seçki Komissiyası fəaliyyət göstərir. 41500 nəfər seçicisi olan 103 saylı Gədəbəy Seçki Dairəsi 43 seçki məntəqəsini, 20980 nəfər seçicisi olan 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi 23 seçki məntəqəsini özündə birləşdirir. YAP Gədəbəy rayon təşkilatının 80 ərazi ilk partiya təşkilatı üzrə 5780 nəfər üzvü var. Qarşıdan gələn parlament seçkilərinin mütəşəkkil və şəffaf keçirilməsi ilə bağlı 17 nəfərdən ibarət YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahı yaradılıb.
Bu arada partiya rayon təşkilatının Seçki Qərargahının toplantısı keçirilib. YAP Gədəbəy rayon təşkilatının və rayon təşkilatı Seçki Qərargahının sədri Rüstəm Nağıyev iclasda ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib. O, YAP Gədəbəy rayon təşkilatının da bu siyasi prosesdə aktiv iştirak edəcəyini deyib. Rüstəm Nağıyevin sözlərinə görə, bütün seçkilərdə ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kurs üzrə fəaliyyət nümayiş etdirən YAP bu dəfə də seçkilərdə qalib gələcək.
Rayon təşkilatının Seçki Qərargahının üzvü Alim Verdiyev seçki prosesinin birinci mərhələsində namizədliyi irəli sürülən şəxslərin imzatoplama kampaniyasının keçiriləcəyini deyib. Onun sözlərinə görə, partiya üzvü olan gənclər seçki prosesinə hazırdırlar.
YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahının üzvü İlahə Məmmədova isə müşahidəçi və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin müəyyənləşdiyini və onlarla mütəmadi görüşlərin keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP Gədəbəy rayon təşkilatı partiyamızın qələbəsinin təmin edilməsi üçün bütün gücünü səfərbər edib.
Rayon təşkilatının Seçki Qərargahının üzvü Eşqin Rüstəmov bildirib ki, YAP Gədəbəy rayon təşkilatının Seçki Qərargahı qarşıdan gələn seçki prosesinə tam hazırdır. İmza toplayacaq, təbliğat prosesində iştirak edəcək mobil qruplar artıq hazırlanıb və onlara treninqlər keçirilir. E.Rüstəmov YAP-ın bu seçkilərdə də uğurlu qələbə əldə edəcəyinə inamını ifadə edib.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

