/ / YAP-ın 84 saylı Füzuli Seçki Dairəsindən namizədi Bahar Muradova Horadiz qəsəbəsində və Qazaxlar kəndində seçicilərlə görüşüb
YAP-ın 84 saylı Füzuli Seçki Dairəsindən namizədi Bahar Muradova Horadiz qəsəbəsində və Qazaxlar kəndində seçicilərlə görüşüb
13.10.2015 [10:03]
Görüşlərdə noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağına əminlik ifadə olunub
84 saylı Füzuli Seçki Dairəsindən V çağırış Milli Məclisin deputatlığına Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Bahar Muradovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü oktyabrın 10-da Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərindəki Muğam evində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib və onun vəkillərini görüş iştirakçılarına təqdim edib. Təşkilatın sədri və vəkillər öz çıxışlarında V çağırış parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd ediblər.
Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev, şəhid ailəsinin üzvü Fəridə Quliyeva, təqaüdçü Tehran Hacıyev, gənc müəllimə Gülbahar Eyvazova və Nəriman Nəsirov söz alaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-ın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə ediblər.
Seçicilər qarşısında çıxış edən Bahar Muradova görüş iştirakçılarını salamlayaraq YAP-ın namizədi olaraq ona göstərilən etimada görə partiya rəhbərliyinə və hal-hazırda parlamentdə təmsil etdiyi Füzuli rayonunun seçicilərinə minnətdarlığını bildirib. O, ölkə Prezidenti və YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyəti barədə danışaraq hər kəsi ölkəmizin taleyinə biganə qalmamağa, Heydər Əliyev yadigarı olan YAP-ın ideologiyasına sadiq qalmağa çağırıb. Bahar Muradova eyni zamanda parlament seçkilərində hər kəsi fəal olmağa çağırıb və seçki günü öz iradələrini seçki məntəqələrində ifadə etməyə dəvət edib, seçildiyi halda isə öz seçicilərinin etimadını layiqincə doğrultmaq üçün bütün səy və bacarığını əsirgəməyəcəyini bildirib.
* * *
Oktyabrın 10-da 84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradovanın rayonun Qazaxlar kəndində seçicilərlə görüşü olub. Tədbir iştirakçılarını salamlayan rayon təşkilatının sədri Almaz Həşimova parlament seçkilərində partiyanın namizədi olan Bahar Muradovanın tərcümeyi-halı barədə məlumat verib. Sonra vəkillər çıxış edərək Bahar Muradovanı dəstəkləməklə ölkə rəhbərliyinin daxili və xarici siyasətini və YAP-ın bu siyasətdəki mövqeyinə birmənalı münasibətlərini ifadə etdiklərini bildirib, hər kəsi seçkilərdə fəal olmağa səsləyiblər.
Qazaxlar, Mirzənağılı və Əhmədalılar kənd sakinləri - fermer Oqtay Alışov, müəllimə Vəfa Süleymanzadə, Günel Süleymanova və İlahə Zeynalova öz çıxışlarında YAP-ın fəaliyyətinə rəğbətlə yanaşdıqlarını qeyd edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, habelə ən müxtəlif səviyyələrdə onları ləyaqətlə təmsil edən Bahar Muradovaya təşəkkür edib və növbəti 5 il üçün yenidən Bahar Muradovanı Milli Məclisin üzvü kimi görmək arzusunda olduqlarını bildiriblər.
Bahar Muradova bütün çıxışçılara və onunla görüşə gəlmiş sakinlərə minnətdarlığını bildirib və həmişə Heydər Əliyev ideyalarının təşəkkül tapması üçün Azərbaycan dövlətinin və xalqının, xüsusilə də özünün də təmsil olunduğu Qarabağ bölgəsinin çiçəklənməsi naminə var gücü ilə çalışmağa hazır olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34

