Ölkəmizdə bütün sahələrdə inkişafın əldə olunmasında YAP-ın xidməti inkarolunmazdır
15.10.2015 [10:24]
YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Tapdıq oğlu Abbaszadə Yasamal rayonunda yaşayan laçınlı seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Tapdıq oğlu Abbaszadə Yasamal rayonunda yaşayan laçınlı seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli bildirib ki, hazırda təşviqat kampaniyasına start verilib və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər. Sonra namizədin tərcümeyi-halı barədə geniş məlumat verən Aqil Nəzərli deyib: “Biz laçınlılar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa, partiyamızın qərarlarına böyük dəstək vermişik. Mən inanıram ki, bu seçkilərdə də partiyamızın qərarına dəstək verəcək və Mahir Abbaszadəyə səs verəcəyik”.
Daha sonra çıxış edən deputatlığa namizəd Mahir Abbaszadə ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. Natiq onu da bildirib ki, ölkəmizdə bütün sahələrdə inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində YAP-ın xidməti və rolu inkarolunmazdır.
Özünün Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışan Mahir Abbaszadə vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəal rol alacaq.
Eyni zamanda, görüşlərdə tarix elmləri doktoru, BDU-nun müəllimi Əlamdar Şahverdiyev, rayon ağsaqqalları və ziyalıları Murad Hüseynov, Zahid Məmmədov, Şakir Rzayev, Nəcibə Hətəmova, gənc fəal Elnur Abdullayev və başqaları çıxış edərək Azərbaycanın daha da güclənməsi üçün yeni hədəflərə doğru gedən YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

