Qaradağlıların seçimi YAP-ın namizədi Aydın Hüseynovdur
22.10.2015 [10:39]
YAP tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynov Aydın Nəsir oğlunun seçicilərlə növbəti görüşü Qobustan qəsəbəsində keçirilib
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynov Aydın Nəsir oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü rayonun Qobustan qəsəbəsində keçirilib. Görüşdə çıxış edən təbliğat qrupunun üzvləri və namizədin vəkilləri əvvəlcə ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə məlumat veriblər. Qeyd olunub ki, YAP 660 mindən artıq üzvü, ətrafında birləşdirdiyi ciddi intellektual potensialı və uğurlu fəaliyyəti ilə nəinki ölkəmizin, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Eyni zamanda, noyabrın 1-də keçiriləcək seçkilərdə də YAP-ın namizədi Aydın Hüseynovun qalib gələcəyinə şübhə yoxdur. Çünki həm xalqımızın YAP-a böyük dəstək və inamı, həm də partiyamızın namizədinə qaradağlıların hörmət və ehtiramı bu əminliyi daha da gücləndirir.
Tədbirdə çıxış edən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Siyasi Şurasının üzvü və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əvvəlcə görüşə gələn seçicilərə minnətdarlıq edib. O, daha sonra Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmizin qazandığı nailiyyətləri diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün dinamik inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. O daha sonra deyib ki, YAP yaradıldığı gündən yalnız bir məqsədə - Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Aydın Hüseynov həmçinin seçicilərin etimadını qazanıb Milli Məclisə seçiləcəyi təqdirdə əsas diqqət ayıracağı məsələlər və görəcəyi işlər barədə də məlumat verib.
Tədbirdə çıxış edən seçicilər - Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri, Milli qəhraman Yusif Əliyevin atası Hacı Əliyusif Əliyev, Nizami Nəcəfov, Sədr Həsənov, Rəsul İbrahimov və digərləri noyabrın 1-də seçki məntəqələrinə gələrək məhz YAP-ın namizədi Aydın Hüseynova səs verəcəklərini bəyan ediblər.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

