YAP Gənclər Birliyinin ofisində “Tələbə həftəsi” çərçivəsində gənclərlə görüş keçirilib
14.11.2015 [09:57]
10-17 noyabr 2015-ci il tarixlərində Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə həftəsi” çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində təşkil edilib. Keçirilən tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Yeni Azərbaycan Partiyasının gənc üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov tələbələrin ölkəmizin həyatında oynadığı xüsusi rolu vurğulayıb və tələbələrin Prezident İlham Əliyevin siyasəti ətrafında sıx birləşməli olduğunu qeyd edib. Tədbirin mahiyyətindən, “Tələbə həftəsi”nin önəmindən danışan Seymur Orucov deyib ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə Həftəsi”nin xüsusi önəmi vardır.
Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da Yeni Azərbaycan Partiyasının tələbə olan gənc üzvlərini salamlayaraq, rəhbərlik etdiyi qurumun fəaliyyəti və “Tələbə həftəsi” barədə geniş məlumat verib. Elvin Aslanov bildirib ki, YAP Gənclər Birliyi partiyanın gənclər qolu kimi hər zaman ölkəmizin ictimai-siyasi həyatında önəmli yerlərdən birini tutur. Elvin Aslanov gəncləri maraqlandıran bir neçə məqamı da vurğulayıb: “Siz tələbələrin öz fəaliyyətinizi ictimai təşkilatlarda və ya siyasi partiyalarda qurmasından asılı olmayaraq, məqsədiniz hər zaman Azərbaycanın işıqlı gələcəyi və inkişafı olmalıdır. Bu yolda çalışan hər bir şəxs və qurum əməkdaşlıq və güclərini səfərbər etməlidir. Bizim YAP Gənclər Birliyində keçirdiyimiz tədbir də bunun göstəricisidir. Biz gənclərin ölkəmizdə həyata keçirilən uğurlu siyasətin, daha dəqiq desək isə dövlət gənclər siyasətinin carçısı olmağını istəyirik. Çünki məhz siz gənclər bir çox məqamda bizi istəməyən qüvvələrə açıq mesaj verməlisiniz. Deməlisiniz ki, bu ölkənin, dövlətin gələcəyi məhz sizlərsiniz. Hər hansı xarici qüvvələrin oyuncağına çevrilmiş olanlar deyil”.
Daha sonra çıxış edən gənclər də öz fikirlərini bildirib, mövzu ətrafında açıq müzakirə aparıblar.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

