YAP ümumxalq partiyası olduğu üçün hər zaman xalqdan dəstək alıb
21.11.2015 [10:08]
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Bakı Biznes Universitetində dövlət himninin oxunmasından sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirib. Qeyd edib ki, YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan ümumxalq partiyasıdır: “Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və hərc-mərclikdən xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu. Bu mənada Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətinin xilaskarıdır”.
T.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə və Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib: “YAP ümumxalq partiyası olduğu üçün hər zaman xalqdan dəstək alıb. Məhz bunun nəticəsidir ki, noyabrın 1-də keçirilən növbəti parlament seçkilərində partiyamız möhtəşəm qələbə qazandı”.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü İsa Həbibbəyli diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və dövlətinin olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya olduğu bir şəraitdə xalqın istəyi və çağırışı ilə yaranıb: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan əsl müstəqilliyə qovuşdu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, milli inkişafın əsası qoyuldu”.
İsa Həbibbəyli əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Çıxışında partiyamızın yaranma tarixinə qısa ekskurs edən YAP Siyasi Şurasının üzvü, professor İradə Hüseynova isə vurğulayıb ki, mürəkkəb tarixi şəraitdə yaranaraq Azərbaycan dövlətini xaosdan xilas edən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin siyasi nüfuzunun, zəngin dövlətçilik təcrübəsinin, siyasi səriştəsinin məhsuludur: “YAP-ın yaranması tarixi hadisədir. YAP Azərbaycanın gələcəyinə xidmət edən ümumxalq partiyasıdır”.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib. İ.Mehdiyev onu da bildirib ki, partiya üzvləri rayonda aparılan quruculuq işlərində, həmçinin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Tədbirdə gənclər adından çıxış edən Sərxan Məmmədov YAP-ın sıralarında təmsil olunan gənclərin dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olduqlarını bildirib.
Sonda isə partiya sıralarına qoşulan bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub, həmçinin partiyanın fəaliyyətində aktivlik nümayiş etdirən bir neçə şəxsə fəxri fərman verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

