Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat prosesinə yüksək mütəşəkkilliklə start verib

YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat prosesinə yüksək mütəşəkkilliklə start verib

20.03.2018 [11:01]

Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərinə uğurla start verib. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar martın 19-da rayon ərazisində təşviqat materallarının müvafiq ərazilərdə yerləşdirilməsi işinə başlanıb. Gün ərzində bu proses başa çatdırılıb.
YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, təşkilatda yaradılan seçki qərargahı seçki kampaniyası ilə əlaqədar bütün zəruri tədbirləri həyata keçirir. Onun sözlərinə görə, rayonda yüksək seçki əhval-ruhiyyəsi var: “Təbliğat-təşviqat prosesi çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edim ki, insanlarda seçki əhval-ruhiyyəsi çox yüksəkdir. Ağstafa əhalisinin prezident seçkilərində seçimi cənab İlham Əliyevdir”.

Paylaş:
Baxılıb: 784 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31