Nizami rayon ağsaqqalları və veteranları cənab İlham Əliyevi dəstəkləyirlər
27.03.2018 [10:34]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayon ağsaqqalları və veteranları ilə keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, ağsaqqallar və veteranlar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır: “Onlar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Əminəm ki, ağsaqqallar və veteranlar bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcək, 11 aprel prezident seçkilərində də fəal olacaqlar”.
Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ağsaqqalların dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəklədiyini vurğulayıb: “Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası olaraq xalqımızı və Nizami rayon sakinlərini bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik”.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, Respublika Veteranlar Təşkilatının Nizami rayon şöbəsinin sədri Yəhya Ağayev, gənclər adından Nicat Dağlar və başqaları çıxış edərək son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulayıblar.
Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda ağsaqqalların və veteranların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Qeyd ediblər ki, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini Onun ətrafında sıx birləşməyə çağırırıq.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

