Cocuq Mərcanlı sakinləri cənab İlham Əliyevi dəstəkləyirlər
06.04.2018 [10:36]
Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Klub İcma Mərkəzində keçirilib.
Öncə tədbir iştirakçıları 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bütün sahələr üzrə inkişaf mərhələsinə qədəm qoyub. Qaçqın və məcburi köçkünlərin əsas fikri-düşüncəsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsaslı dönüş yaranıb, Azərbaycanın üstünlüyü artıq işğalçı ölkə tərəfindən də etiraf edilir. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünya ictimaiyyəti Azərbaycanın bu haqq işinə dəstək verir. Bu işdə xalqımız öz Prezidentinə, Ali Baş Komandanına hər zaman dəstək verib”.
Çıxış edən millət vəkili Astan Şahverdiyev də prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən Cocuq Mərcanlı sakinlərinin də səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb: “Prezident İlham Əliyevin apardığı siyasət rifaha, inkişafa istiqamətlənib. Qaçqın və məcburi köçkünlərin həyatında edilən mühüm yeniliklər, yardımlar, qəbul olunmuş Dövlət proqramları bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız və yalnız inkişafdır”.
Tədbirdə çıxış edən Cocuq Mərcanlı kənd sakini 1-ci dərəcəli “Əmək” ordenli Oqtay Həziyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurlarından bəhs ediblər. Qeyd edilib ki, aprelin 11-də keçiriləcək seçkilərdə Cocuq Mərcanlı seçicilərinin seçimi cənab İlham Əliyev olacaq!
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

