Pirallahıda “15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır” adlı tədbir keçirilib
13.06.2018 [09:15]
İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Qadınlar Şurası Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümünə həsr olunmuş “15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır” adlı tədbir keçirib. Bu barədə AZƏRTAC-a YAP Pirallahı rayon təşkilatından məlumat verilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını vurğulayıb. Qeyd edib ki, həmin gün Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazılıb. K.Mustafayeva qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Ümummilli liderin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və bu milli inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmiz bu gün bütün dünyada özünə layiqli yer tutub və iqtisadiyyatın artım göstəricilərinə görə lider mövqedə dayanır. Xalqımız öz xilaskarının xidmətlərini unutmur, 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.
Digər çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 iyunun xalqımızın öz taleyini həll etdiyi gün olduğunu vurğulayıblar. Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz Ulu öndərin adı ilə bağlı olduğunu, Ümummilli liderin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyətini bir daha təhlil ediblər.
Tədbirin sonunda Pirallahı rayonundakı 186 saylı orta məktəbin şagirdlərinin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunan şeirlərdən ibarət kompozisiya səsləndirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

