/ / Zaqatala rayonunda YAP-ın Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib
Zaqatala rayonunda YAP-ın Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib
09.10.2019 [09:36]
Oktyabrın 8-də Zaqatala rayonunda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini Əli Həsənovun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Zaqatala rayonu Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov tədbirdə çıxış edərək müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs əsasında uğurla inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir, dövlətçiliyimiz möhkəmlənir, əhalinin sosial rifahı daha da yüksəlir.
Yeni Azərbaycan Partiyasının sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşının birləşdiyini deyən Əli Həsənov partiyamızın ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu diqqətə çatdırıb. YAP Sədrinin müavini qeyd edib ki, müşavirənin məqsədi partiyanın şəhər və rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi ilə əlaqədardır.
Əli Həsənov, həmçinin ölkəmizin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyərək sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb. O bildirib ki, YAP üzvləri ölkəmizin qazandığı nailiyyətlərin geniş təbliği işini fəal şəkildə aparmalı, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər.
Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11

