YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
12.12.2019 [10:02]
10 dekabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında bu ilin 23 dekabr tarixində ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən Binəqədi rayonu bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş qadınlarla qadın seçicilərin görüşü keçirilib. Görüşdə Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, partiya fəalları və seçicilər iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdə yaradılan demokratik seçki mühiti, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı və namizədlər haqqında məlumat verib.
Görüşdə YAP-ın Binəqədi qəsəbə bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Binəqədi bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı, Biləcəri bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Xocasən bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Fidan Əhmədzadə, Rəsulzadə bələdiyyəsi üzrə irəli sürülmüş namizədi Jalə Sadıqova çıxış edərək bildiriblər ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak etmək qürurvericidir. Onlar bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə geniş nitq söyləyən Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova namizədlərə öz tövsiyələrini verib. Qeyd edib ki, bu gün ölkəmizin sürətli inkişafı dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bələdiyyə qurumlarında təmsil olunan şəxslər də bu siyasətə paralel olaraq uğurla fəaliyyət göstərməli, göstərilən etimadı yüksək səviyyədə doğrultmalıdırlar. Bahar Muradovanın sözlərinə görə, namizədlərin seçicilərlə silsilə görüşlərinin keçirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Bu görüşlər yerlərdə də davam etdirilməli, əhalini maraqlandıran məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmalı, onların fikirləri dinlənilməlidir. Hər bir namizədin savadı, intellekti, dünyagörüşü və siyasi yetkinliyi ilə seçildiyini vurğulayan Bahar Muradova qarşıdan gələn seçkilərdə namizədlərə uğurlar arzulayıb. Onların parlaq qələbə qazanacaqlarına ümidvar olduğunu bildirib.
Görüşdə həmçinin seçicilər də çıxış edərək fikirlərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21

