/ / Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
17.12.2019 [09:52]
Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kursu təşkil edib.
Kursda ilk olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissələrindən biridir” mövzusunda gənclər üçün məruzəçi qismində çıxış edib. Ziyad Səmədzadə bildirib ki, dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını nümayiş etdirir. Bunun əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi və müstəqil siyasət dayanır. Azərbaycan bir sıra xarici təzyiqlərə baxmayaraq, özünün təbii sərvətlərini özəlləşdirmədi, bir sıra layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ciddi qətiyyət nümayiş etdirdi. Bu gün Xəzər hövzəsində qlobal enerji layihələrinin reallaşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasiya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan ölkədir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2019-cu ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunub.
Daha sonra mühazirə ilə çıxış edən Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Azərbaycan Respublikası nəqliyyat sahəsi və infrastrukturunun inkişafına görə postsovet məkanında özünəməxsus uğurlar əldə etmiş, maraqlı yeniliklərə imza atmış bir ölkədir. Bununla əlaqədar olaraq nəqliyyat sektorunda bir sıra transmilli layihələr həyata keçirilmişdir. Gündən-günə inkişaf edən, müasirləşdirilən və yenidən qurulan nəqliyyat sektoru ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandırır. Bu nüfuz region ölkələri üçün tamamilə əlçatmaz bir səviyyədədir. Azərbaycanın həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən nəqliyyat sistemi və onun infrastruktur sahələrinin də sürətli inkişafı üçün böyük imkanlar yaranmışdır.
Sonda bu kursların faydalı və maraqlı olacağına inandığını deyən Aydın Hüseynov qeyd edib ki, təşkil olunan belə tədbirlər gənclərimizə böyük siyasi təcrübə qazandıracaq.
Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.
Kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.
Layihənin sonunda kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

