/ / Nərimanov rayonunda YAP-ın deputatlığa namizədlərinin təbliğat kampaniyasına uğurla start verilib
Nərimanov rayonunda YAP-ın deputatlığa namizədlərinin təbliğat kampaniyasına uğurla start verilib
18.01.2020 [10:54]
Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasını uğurla davam etdirir. Artıq yanvarın 17-dən seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə start verilib.
Bununla əlaqədar olaraq, partiyanın rayon və şəhər təşkilatları bütün imkanlarını səfərbər ediblər. Qeyd edək ki, YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da parlament seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. Belə ki, Nərimanov rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçki kampaniyasına hazır olduqlarını bildirib: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Nərimanov rayon şöbəsi yaradılıb. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir”.
O qeyd edib ki, Nərimanov rayonu üzrə 3 seçki dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə rayonumuzda 16 məntəqə, 19 saylı Nərimanov birinci seçki dairəsində 35 məntəqə, 20 saylı Nərimanov ikinci seçki dairəsində isə 33 məntəqə mövcuddur.
T.Tağıyev deyib ki, artıq rayon ərazisində partiyanın namizədlərinin təbliğat plakatları müvafiq yerlərdə ayrılmış lövhələrə vurulub. Belə ki, 18 saylı Nizami-Nərimanov seçki dairəsindən deputatlığa namizəd Xudaqulu Əhəd oğlu Rzayevin, 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Baba oğlu Məmmədovun və 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Nihad Vüqar oğlu Allahyarlının təbliğat plakatları xüsusi ayrılmış lövhələrə vurulub. Onun sözlərinə görə, bu prosesi əsasən partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. “Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası YAP namizədlərinin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb. Biz kampaniya müddətində namizədlərin təbliğatını fəal şəkildə aparacağıq”, - deyə T.Tağıyev vurğulayıb.
“Partiyamız parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. İnanırıq ki, bu seçkilərdə xalqımız dövlətimizin daha da güclənməsi naminə partiyamızın namizədlərinə səs verəcəklər”, - deyə T.Tağıyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25

