/ / YAP könüllülərinin topladığı kitabların “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
YAP könüllülərinin topladığı kitabların “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
25.02.2020 [09:20]
Yeni Azərbaycan Partiyasının (YAP) könüllülərinin “Könüllülərlə maariflənək” şüarı altında topladığı kitabların “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” layihəsi çərçivəsində qonşu Gürcüstanda paylanılmasına başlanılıb. Belə ki, kitabların bir hissəsi paytaxt Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbə təqdim olunub. Kitabların təhsil müəssisəsinə təqdimetmə tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, layihənin rəhbəri Misirxan Həsənov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, səfirlik əməkdaşları, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.
Məktəbin direktoru Salman Pirməmmədov kitablara görə minnətdarlığını bildirərək, bunu təhsil ocağı üçün çox dəyərli töhfə adlandırıb. O qeyd edib ki, məktəb kitabxanasının Azərbaycan dilində olan kitablara çox ehtiyacı var.
Aksiyanı yüksək qiymətləndirən səfir Dursun Həsənov bildirib ki, kitablar paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində yerləşən digər Azərbaycandilli məktəblərə də təqdim olunacaq.
Layihə haqqında məlumat verən Misirxan Həsənov kitab aksiyasının ilin sonuna qədər davam etdiriləcəyini deyib. O, Gürcüstandakı soydaşların bu aksiya çərçivəsində diqqətdə saxlanılacağını vurğulayıb. Onun sözlərinə görə, aksiya çərçivəsində artıq 500 adda 2 minə yaxın kitab toplanıb.
Onu da bildirək ki, məktəbə aksiya çərçivəsində 200-ə yaxın kitab hədiyyə olunub. M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də təhsil müəssisəsinə kitablar təqdim edib.
Qeyd edək ki, kitab aksiyası 2020-ci il - “Könüllülər ili” çərçivəsində YAP könüllüləri və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Kitablar Azərbaycan ədəbiyyatı, incəsənəti, dünya və uşaq ədəbiyyatını əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

