/ / YAP Qadınlar Şurası 28 May – Respublika Günü münasibətilə “Azərbaycan xalqını milli istiqlala gətirən yol” mövzusunda vidieokonfrans keçirib
YAP Qadınlar Şurası 28 May – Respublika Günü münasibətilə “Azərbaycan xalqını milli istiqlala gətirən yol” mövzusunda vidieokonfrans keçirib
22.05.2020 [22:33]
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 28 May – Respublika Günü münasibətilə “Azərbaycan xalqını milli istiqlala gətirən yol” mövzusunda vidieokonfrans keçirib.
Videokonfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib.
N.Əliyeva cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, iki ilə yaxın müddət ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını diqqətə çatdırıb. O, Cümhuriyyətin qadınlara seçki hüququnun verməsinin də tarixi hadisə olduğunu söyləyib.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu xatırladan YAP Qadınlar Şurasının sədri, yalnız 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini deyərək, hazırda bu müdrik siyasətin Ulu Öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqilliyimizin əldə olunmasının heç də asan olmadığını, onun qazanılması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladlarının canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri Zərifə Quliyeva və Milli Məclisin deputatı Kamilə Əliyeva da videokonfransda çıxış edərək Xalq Cümhuriyyətinin Azərbaycan tarixində rolu və əhəmiyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan bu gün uğurla inkişaf edir. Çıxış edənlər hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin daha da möhkəmləndirildiyini, regional müstəvidə təsir imkanlarının artırıldığını, ölkə iqtisadiyyatının bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoyduğunu və hazırda bu yolda inamla irəlilədiyini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

