/ / Fərqanə Məmmədova: Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artır
Fərqanə Məmmədova: Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artır
23.07.2020 [09:24]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün irəli sürülməsi mühüm əhəmiyyətə malikdir. Bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənib. 130-dan çox ölkə bu təklifə öz rəsmi dəstəyini ifadə edib.Təklifi dəstəkləyən ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer alıb”.
Bu fikirləri Yeni Azərbaycan Partiyas (YAP) Cəlilabad rayon təşkilatı Qadınlar Şurasının sədri Fərqanə Məmmədova deyib.
F.Məmmədova bildirib ki, bu gün bəşəriyyət ən böyük təhlükə ilə üzbəüz qalıb: “Ən müasir səhiyyə imkanlarına malik dövlətlər belə bu problem qarşısında gücsüzdür. Azərbaycan bu çətin dövrdə artıq bir sıra önəmli beynəlxalq tədbirlərin onlayn formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Belə ki, cənab Prezidentin təşəbbüsü və Sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşləri keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin təşəbbüsü nəticəsində BMT tez bir zamanda bu bəladan qurtulmaq üçün önəmli qərarlar verəcək. Göründüyü kimi, dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan fəal siyasət həyata keçirir. Bu, həm dövlət maraqlarımızın qorunması, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətlidir”.
F.Məmmədova həmçinin iyulun 12-dən etbarən işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata da münasibət bildirib. Bu təxribatın qarşısının qətiyyətlə alındığını deyən F.Məmmədovanın sözlərinə görə, işğalçı dövlətin bütün cəhdləri iflasa uğrayıb.
O, qeyd edib ki, iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Lakin Azərbaycanımızın bu taleyüklü günlərində “sapı özümüzdən olan balta”lar təxribat törətməyə cəhd göstərsələr də qarşısı alındı. Onların məqsədi Azərbaycanın inkişafına maneə yaratmaq, ölkəmizdə sabitliyin pozulmasına və xaosun yaranmasına nail olmaqdır.
F.Məmmədovanın sözlərinə görə, bütövlükdə, Ermənistanın təxribat cəhdinin qarşısının qətiyyətlə alınması onu göstərir ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

