Aysel Şükürova: Torpaqlarımızın işğaldan azad olunması müqəddəs amalımızdır
30.07.2020 [10:01]
“Qədim və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azadlıq, müstəqil dövlət uğrunda uzun və məşəqqətlərlə dolu mübarizələr yolu keçib, qəhrəmanlıq salnaməsi yazıb. Beş minillik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparıb. Bir əsrdən artıqdır ki, Azərbaycan növbəti düşmənə, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistana və erməni lobbisinə qarşı mübarizə aparır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Aysel Şükürova deyib.
A.Şükürovanın sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal edən ermənilər bu gün də işğalçılıq əməllərindən ələ çəkmirlər: “Məlum olduğu kimi, Ermənistan yenidən xaincəsinə təxribata əl atıb, atəşkəs rejimini kobud şəkildə pozaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Azərbaycan Ordusunun çevik reaksiyası nəticəsində düşmən geri oturdulub”.
İyulun 14-dən 15-ə keçən gecə orduya dəstək aksiyasına da toxunan A.Şükürova deyib ki, küçələrə axışan Azərbaycan xalqı bütün dünyaya “Şəhidlərimizin qanını yerdə qoymarıq!” mesajını verdi: “Bu aksiya Azərbaycan xalqının birliyinin, qəti iradəsinin, düşmənə qarşı barışmaz mövqeyinin, öz ordusuna, Ali Baş Komandanına olan dəstəyinin və Onun ətrafında birləşdiyinin bariz nümunəsi idi. Təəssüflər olsun ki, xalqın belə çətin sınaq qarşında olduğu zaman erməni lobbisinin sifarişini yerinə yetirən kiçik bir radikal qrup həmin gecə havadarlarının istəyi üzrə AXC-nin 1990-cı illərin əvvəllərində ölkəmizdə yaratdığı dağıdıcı ab-havanı yenidən yaratmaq istədilər. Amma onu unutdular ki, milli mənlik şüurundan, vətəndaşlıq mövqeyindən, Vətənə məhəbbət hissindən uzaq olan antimilli ünsürlərin Azərbaycanda olan xalq-iqtidar birliyini pozmağa gücü yetməz”.
“Torpaqlarımızın işğaldan azad olunması müqəddəs amalımızdır. İnamımız tamdır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz öz ərazi bütövlüyümüzü təmin edəcəyik. Düşmən bizim birliyimiz, həmrəyliyimiz qarşısında dayana bilməz!”, - deyə A.Şükürova qeyd edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05

