İlqar İlyasov: Dünya birliyinin işğalçı Ermənistana “dur” deməsinin vaxtı çatıb
08.09.2020 [09:42]
“İşğalçı Ermənistan daha bir mənfur niyyətini həyata keçirməklə öz xislətini ortaya qoyur. Belə ki, Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra vəziyyətdən öz məqsədləri üçün istifadə etmək istəyən Ermənistan bu ölkədə yaşayan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan edib. Bununla da, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
İ.İlyasovun sözlərinə görə, artıq Livandan olan iki erməni ailəsinin işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi düşmən ölkə tərəfindən etiraf edilib: “Halbuki, Azərbaycan ərazilərində Ermənistanın qeyri-qanuni məskunlaşdırma həyata keçirməsi beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasıdır. Belə ki, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və ona əlavə Protokolların tələbləri pozulur”.
“İşğalçı Ermənistanın əsas məqsədi işğal olunan ərazilərə Livandan süni köçlər vasitəsilə yeni demoqrafik vəziyyətin yaradılması və gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri qayıtmasına əngəl törətməkdir. Eyni zamanda, faşist ideologiyasını özünün əsas qayəsinə çevirən Ermənistan Daglıq Qarabag münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqları pozmaq üçün müxtəlif manevrlərdən istifadə edir. Əslində bu köçürmə prosesinə düşmənin həyata keçirdiyi Tovuz təxribatının davamı kimi də baxmaq lazımdır”, - deyə İ.İlyasov bildirib.
O deyib ki, Ermənistan dövləti və rəhbərliyi artıq çaşqınlıq içərisindədir: “İşgalçı dövlət tərəfindən atılan sərsəm addımlar da bunun göstəricisidir. ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza da öz açıqlamasında Ermənistanın Daglıq Qarabagda məskunlaşdırma siyasətini pisləyərək, bu addımın münaqişənin danışıqlar vasitəsilə həlli istiqamətinə yönələn ciddi əngəl kimi qiymətləndirib. Buna görə də beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı təsirli tədbirlərin həyata keçirilməsi vacibdir. Artıq dünya birliyinin işğalçı Ermənistana “dur” deməsinin əsl vaxtıdır. Əks təqdirdə, beynəlxalq konvensiyaların və qətnamələrin prinsiplərinin pozulması ənənə halını alacaq”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

