/ / YAP ermənilərin Gəncəni raket atəşinə tutması və insan tələfatı ilə bağlı dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və partiyalara müraciət ünvanlayıb
YAP ermənilərin Gəncəni raket atəşinə tutması və insan tələfatı ilə bağlı dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və partiyalara müraciət ünvanlayıb
13.10.2020 [09:11]
Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərdən atəşə tutması nəticəsində dinc sakinlərin həyatını itirməsi, çoxlu sayda insanın yaralanması ilə nəticələnən hərbi təxribatla əlaqədar dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara müraciət ünvanlayıb.
YAP-dan AZƏRTAC-a bildirilib ki, erməni terrorçularının dinc insanlara qarşı törətdiyi növbəti vəhşilik və onun ağır fəsadları haqqında məlumatların yer aldığı müraciətdə bildirilir: “Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-i gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını “Toçka-U” raket sistemindən atəşə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Həmçinin Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını növbəti dəfə hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb”.
Yeni Azərbaycan Partiyasının müraciətində, həmçinin qeyd olunur: “Ermənistanın bu barbarlığı Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada 11 saat davam edən gərgin danışıqlarının nəticəsində əldə olunan, oktyabrın 10-u saat 12:00-da qüvvəyə minən humanitar atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasıdır.
Atəşkəsin ilk dəqiqələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, mülki obyektlərini, dinc əhalisini atəşə tutmaqda davam edir. Bununla da işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, insanlıq əleyhinə yeni cinayətlərə imza atmaqdadır”.
Yeni Azərbaycan Partiyası erməni terrorunun insanlığa və bəşəriyyətə təhlükə olduğunu nəzərə çatdıraraq, müraciətdə daha sonra bildirib: “1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə həyata keçirən, minlərlə uşağı və qadını qətlə yetirən Ermənistan dinc sakinlərə qarşı sistemli terror əməllərini bu gün də davam etdirir. 1994-cü ildə əldə olunan və bu il sentyabrın 27-dək davam edən atəşkəs rejimi müddətində də Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisini hədəfə alıb, onlarla uşağın ölümünə və yaralanmasına səbəb olan terror aktları həyata keçirib.
Sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədilməsindən etibarən isə bu ölkə tərəfindən Azərbaycanın dinc əhalisinə, əhalinin sıx məskunlaşdığı şəhərlərə və yaşayış məntəqələrinə hücumlar yeni mərhələyə yüksələrək daha geniş miqyas alıb. Ermənistanın bu cinayətkar hücumları nəticəsində aralarında məktəblilər də olmaqla 41 mülki şəxs öldürülüb, 200-dən artıq insan yaralanıb, mindən çox ev və digər mülki obyekt dağıdılıb”.
Yeni Azərbaycan Partiyasının müraciətində, həmçinin qeyd olunur: “Tərəfləri daim atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə münasibət bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin hədəfə alınması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə qarşı son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.
Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq ictimaiyyəti, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq”.
Müraciət Avropa və Asiyanın 37 ölkəsindən 57 siyasi partiyaya, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

