Şirvan Rəşid oğlu Əbilov
03.11.2020 [09:28]
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Rəşid oğlu Əbilov vəfat edib.
Şirvan Əbilov 1932-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub, orta məktəbi Boradigah kəndində bitirib. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərib.
Şirvan Əbilov 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi proseslərə münasibətdə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. O zaman respublikamızın bir çox vətənpərvər ziyalısı kimi Şirvan Əbilov da ölkəmizin düşdüyü çətin durumdan yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. Şirvan Əbilov 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilən təsis konfransında iştirak edib. O, daha sonra Masallı rayonunda, doğulduğu Mahmudavar kəndində YAP-ın ilk təşkilatını yaradıb.
1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin milyonlarla vətəndaşı kimi, Şirvan Əbilov da Ulu Öndərin siyasətini birmənalı olaraq dəstəkləyib. O, həyat və fəaliyyəti dövründə hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalıb, bu ideyaların təbliğində və həyata keçirilməsində fəal iştirak edib. Şirvan Əbilov YAP Masallı rayon təşkilatının sədri kimi fəaliyyətini uğurla davam etdirib, rayon təşkilatının inkişafında vacib rol oynayıb.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olan Şirvan Əbilov respublikamızın ictimai-siyasi həyatında aktiv iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 avqust 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Şirvan Rəşid oğlu Əbilov “Tərəqqi” medalı ilə təltif edilib. O, həmçinin 2007-ci ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.
Şirvan Əbilovun xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Yeni Azərbaycan Partiyası İcra katibliyi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

