/ / YAP Səbail rayon təşkilatında “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” mövzusunda videokonfrans keçirilib
YAP Səbail rayon təşkilatında “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” mövzusunda videokonfrans keçirilib
25.12.2020 [09:24]
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinin memarı, görkəmli dövlət xadimi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətinə həsr olunan “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” mövzusunda videokonfrans keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya veteranlarının və gənc fəalların iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, partiyanın rayon təşkilatının sədr müavini Mehman İsmayılov, aparat rəhbəri Zəfər Bayramov, İdarə Heyətinin üzvləri - “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, habelə Adilə Abbasova, Rayon Şurasının üzvləri - 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, 239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova, 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev, Qadınlar Şurasının sədri Təranə Kərimova, Gənclər Birliyinin sədri Riyad Rüstəmli, fəal gənclər Bəyim Nəbiyeva və Fuad Heydərli çıxış ediblər. Natiqlər adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin mühüm istiqamətlərini, o cümlədən mənfur düşmən üzərində qazanılmış inamlı, parlaq qələbəmizi təmin edən güclü, müasir ordu quruculuğunun və dinamik, dayanıqlı iqtisadi inkişafın Azərbaycan modelinin müxtəlif aspektlərini geniş təhlil ediblər.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev partiya təşkilatının çoxminli üzvləri adından Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev döyüş meydanında, siyasi arenada, beynəlxalq informasiya mübarizəsində misilsiz uğurlara imza atıb, işğalçı Ermənistanın uydurmalarını, erməni miflərini dağıdıb, Azərbaycan xalqının qəhrəmanlığını, məğlubedilməzliyini, qələbə əzmini, işğalla heç bir zaman barışmadığını bütün dünyaya nümayiş etdirib. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamıdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

