/ / “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib
“İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib
26.12.2020 [09:23]
Dekabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizin hərtərəfli inkişafında fəal iştirak edir. Bu baxımdan, dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakı vacib amildir.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu Qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq dövlətimizin bu istiqamətdə fəaliyyətə başladığını deyən H.Hüseynov qeyd edib ki, prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.
Milli Məclisin deputatı Nigar Arpadari torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə kimi səciyyələndirib. Vurğulayıb ki, növbəti mərhələlərdə insanların doğma yurdlarına qayıtması prosesi başlayacaq. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin dayanıqlı inkişafının əhəmiyyətindən bəhs edib. O bildirib ki, təhsil dayanıqlı inkişaf məqsədləri arasında xüsusi yer tutur. Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Bu mənada, gənclərin yüksək təhsil alması, yüksək bilikli vətəndaş kimi formalaşması onların dayanıqlı inkişafında mühüm rol oynayır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimzdə təhsil infrastrukturunun bərpa olunması müsbət nəticələrini göstərəcək.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə deyib ki, Azərbaycan gəncliyi bütün platformalarda ölkəmizi layiqincə təmsil edir. Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər. Eyni zamanda, həmin ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi inkişafına əhəmiyyətli təsirini göstərəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə təmsil etdiyi qurumun üzərinə düşən vəzifələrdən bəhs edib, bu məqsədlə layihələrin nəzərdə tutulduğunu söyləyib.
Qeyd edək ki, tədbirdə bütün çıxışlar zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə xüsusi vurğulanıb, Qələbənin əldə edilməsində gənclərimizin rolu qeyd edilib.
Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

