Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kubra Əliyarlı: Azərbaycan gəncliyi Vətəninə bağlılığı ilə bütün dünyaya örnək oldu

Kubra Əliyarlı: Azərbaycan gəncliyi Vətəninə bağlılığı ilə bütün dünyaya örnək oldu

29.01.2021 [09:22]

“30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti və qətiyyəti nəticəsində azad olundu. 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Təbii ki, Vətən savaşında düşmən üzərində parlaq qələbənin əldə olunmasında Azərbaycan gəncliyi xüsusilə fərqləndi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Kubra Əliyarlı deyib.
Tariximizin bütün dövrlərində gənclərimizin öz vətənpərvərliyi və qətiyyəti ilə seçildiyini vurğulayan K.Əliyarlının sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa şəhərinə səfəri zamanı gənclərimizlə bağlı səsləndirdiyi fikirlər olduqca böyük önəm daşıyır: “Dövlət başçısının gənc nəslin ünvanına səsləndirdiyi fikirlər Vətən müharibəsinin zəfərlə başa çatmasında gənc əsgər və zabitlərimizin qəhrəmanlığını qiymətləndirmək baxımından xüsusi önəm daşıyır. Prezidentin fikirlərinə istinad edərək bildirmək istərdim ki, həqiqətən də, son 17 ildə ölkəmizdə yetişən gənc nəsil öz savadı, intellektual hazırlığı, dünyagörüşü, cəsarəti, dövlətinə, Vətəninə və millətinə bağlılığı ilə seçilib. Gənclərimiz bütün sahələrdə uğurla təmsil olunur. Xaricdə ölkəmizin haqlı mövqeyini uğurla müdafiə edirlər. Ən nəhayət, Vətən müharibəsi zamanı Qarabağın Azərbaycan gəncliyi üçün nə qədər müqəddəs və əvəzedilməz olduğunu bütün dünya gördü”.
“Təbii ki, dövlət başçısı tərəfindən Azərbaycan gəncliyinin xidmətinin yüksək dəyərləndirilməsi qürurvericidir. Gənclərimizə olan inam, etimad onları Vətənin keşiyində daha da əzmlə dayanmağa sövq edir. Onu da vurğulamaq lazımdır ki, Vətən müharibəsinin qəhrəmanı olan gənclərimiz haqqında kitablar yazılmalı, dərsliklərdə məktəblilərimizə və tələbələrimizə onların şücaəti nümunə göstərilməlidir. Mən Vətən müharibəsində qələbə qazanmağımızda xidməti olan bütün gənclərimizlə qürur duyuram. Çünki Azərbaycan gəncliyi Vətəninə və millətinə bağlılığı ilə bütün dünyaya örnək oldu, əsl qəhrəmanlıq nümunəsinə çevrildi”, - deyə K.Əliyarlı vurğulayıb.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31