Yevlaxda "31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda tədbir keçirilib
30.03.2021 [20:54]
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) Yevlax bölgəsi üzrə şöbənin və Yevlax şəhər Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə "31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-in Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli XIX əsrdən başlayaraq ermənilərin Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətdiyini və 31 mart soyqırımının da bunun bariz nümunəsi olduğunu bildirib. Fərid Vaqifli 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulduğunu, qocaların, qadınların və uşaqların amansızcasına qətlə yetirildiyini, qədim tarixi abidələrin məhv edildiyini deyib. O, 31 mart hadisələrinə siyasi-hüquqi qiymətin məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini və həmin vaxtdan etibarən 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlandığını vurğulayıb.
Daha sonra çıxış edənYAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətindən danışıb. Natiq bildirib ki, mart soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən, on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Çıxış edən Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı törətdiyi ilk kütləvi qırğının 1905-1907-ci illərə təsadüf etdiyini deyib. Aygün Qasımova həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlının amansızcasına qətlə yetirildiyini bildirib. Tədbirdə həmçinin DQİDK-in Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Əlisa Fərəcov, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı da çıxış edərək tarixin müxtəlif zamanlarında xalqımızın başına gətirilmiş dəhşətli müsibətlərin unudulmayacağını və gələcək nəsillərə də bu həqiqətlərin çatdırılacağını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

