Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Xəzri Sarıyevin ailəsini ziyarət ediblər

YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Xəzri Sarıyevin ailəsini ziyarət ediblər

24.04.2021 [09:37]

YAP Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Orta Muğan kəndindən olan Vətən müharibəsi şəhidi Sarıyev Xəzri Elnur oğlunun məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüblər.

Şəhidin ailə üzvləri ilə görüş zamanı qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazandı. Ordumuz yalnız işğal altında olan torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı erməni faşizmi təhlükəsindən xilas etdi.

Bildirilib ki, şanlı qələbənin qazanılmasında şəhidlərimizin və onların döyüş yoldaşlarının böyük xidmətləri xalqımız tərəfindən daim yüksək qiymətləndiriləcək. Məhz onların qəhrəmanlığı nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. Şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30