YAP Xətai rayon ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
06.12.2021 [17:05]
Dekabrın 6-da YAP Xətai rayon təşkilatı Neapol küçəsi 8 və Cavanşir küçəsi 11 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində olduğumuzu önə çəkərək bildirib ki, zaman hadisələrə ən böyük dəyəri vermək üçün zəngin mənbədir: “İllər ötdükcə Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğu görünür, yüksək qiymətləndirilir. Heydər Əliyevin fəaliyyətinə hansı sahədən diqqət yetirsək böyük bir araşdırma, tədqiqat mövzusudur. Bu ondan irəli gəlir ki, ümummilli lider Heydər Əliyev Vətənini, xalqını canından artıq sevməklə yanaşı, daim Azərbaycanın gələcəyi naminə çalışmış, onu necə görmək istədiyini açıqlamışdır.”
Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin xaosundan, anarxiyasından, ən əsası parçalanmaqdan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi: “2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bu illər ərzində möhkəm təməl üzərində daha da gücləndi, möhkəmləndi, diplomatik qələbəsini təmin edərək döyüş meydanında da üstünlüyünü işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Heydər Əliyev yolunun, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, xalq-iqtidar birliyinin, Azərbaycan Ordusunun gücünün nəticəsidir.”
“Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, partiyamız yarandığı gündən ümumxalq partiyasına çevrildi: “Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın və etimadın göstəricisidir. YAP daim gələcəyə doğru inamla irəliləyir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Heydər Əliyevin adı ilə bağlı olan, böyük inam və etimad göstərdiyi Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək VII qurultayını keçirməklə qarşısına yeni vəzifələr qoyub ki, hazırda onların həyata keçirilməsi istiqamətində bütün qüvvə və bacarıqlar səfərbər edilib.”
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Camalxan Xanbutov Neapol küçəsi 8 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Mahirə Nəsirova sədr müavini, Arzu Azadəliyev Cavanşir küçəsi 11 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Rübabə Əhmədova isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16

