Azərbaycan yüksək inkişaf yolundadır
14.04.2022 [17:57]
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi 30 illik Vətən həsrətinə son qoydu, torpaqlarımız işğaldan azad edildi. İşğal dövründə erməni vandalizminin qurbanına çevrilən, dağıdılan, yerlə-yeksan olunan kəndlərimiz, şəhərlərimiz, dini, mənəvi, tarixi abidələrimiz, o cümlədən təbii resuraslarımız yenidən bərpa olunur. Azərbaycan dövləti bütün gücü ilə həmin torpaqları yenidən canlandırmaq, dirçəltmək üçün səfərbər olub. Hədəf isə Qarabağı öz keçmiş şöhrətinə qaytarmaqdır. Aprelin 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirlən birinci rübün yekunlarına həsr olunan müşavirədə çıxışı edən ölkə başçısı bildirdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Prezident İlham Əliyev öz çıxışında xalqımıza mühüm bir müjdəni də verdi: "Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq".
Qarabağın inkişafı və bərpası istiqamətində həyata keçirilən işlər sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, üç məktəbin - Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəbin inşasının bu il başa çatması planlaşdırılır. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.
Bunun üçün isə dövlətin gücü, iqtisadi dayanıqılılığı mühüm şərtdir. Hər bir siyasi qələbəni şərtləndirən əsas amil iqtisadi inkişafdır. Bu mənada, bu ilin birinci rübündə əldə olunan nəticələr olduqca yüksəkdir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iqtisadi göstəricilərimiz çox müsbətdir: "Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır".
Dövlət başçısı qeyd etdi ki, ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur.
Bəli, düzgün istiqamətlənmiş, milli maraqlara söykənən iqtisadi siyasət kursu ölkəmizin əldə etdiyi nailiyyətlərdə mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycan istər böyük dövlətlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir. Ölkəmiz xarici investisiya üçün açıqdır. O cümlədən, Azərbaycan dövləti bu gün xarici ticarət balansında böyük nailiyyətlər əldə edir. Sözügedən müşavirədə çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib: "Xarici ticarətin balansı çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir"
Bu gün hər bir azərbaycanlı dövlətinin qüdrəti, aparılan fəaliyyətlə fəxr edir. Əldə olunan bu kimi nəticələr isə gələcək inkişafımız üün mühüm potensial formalaşdırır.
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

