Puta qəsəbəsinin sakinləri YAP-ın namizədini dəstəkləyir
16.10.2010 [11:33]
Dünən Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Milli Məclisə namizədi Zabelin Mixail Yurqeviç Puta qəsəbəsinin sakinləri ilə görüş keçirib.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov namizəd Mixail Zabelinin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.
Bildirilib ki, Mixail Zabelin hər zaman Vətəni Azərbaycanın maraqlarını sədaqətlə müdafiə edib. O, 1946-cı ildə Bakı şəhərində anadan olub və əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. Mixail Zabelinin qeyri-adi təşkilatçılıq keyfiyyətləri onun keçmiş Lenin rayon partiya komitəsinin, Bakı şəhər partiya komitəsinin təlimatçısı, sonra isə Azərbaycan KP MK-nın təlimatçısı vəzifələrinə irəli sürülməsinə səbəb olub.
Qeyd edilib ki, Mixail Zabelin bir vaxtlar Azərbaycan KP MK-nın katibi olan Ulu öndər Heydər Əliyevin referenti, Azərbaycan KP MK-nın partiya təşkilatı işi şöbəsinin müfəttişi, Nizami rayon icraiyyə komitəsinin sədri vəzifələrində işləyib.
Aydın Hüseynov deyib ki, Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub: “O, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür”.
Tədbirdə vurğulanıb ki, 1993-cü ildə respublikanın 91 ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanlanan müraciətində Mixail Zabelinin də imzası olub. Mixail Zabelin bu gün də Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.
Mixail Zabelinin Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdıran Aydın Hüseynov Puta qəsəbəsinin sakinlərini YAP-ın 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi olan Mixail Zabelinə səs verməyə çağırıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Mixail Zabelin platforması barədə danışıb.
Mixail Zabelin qəsəbə sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını deyib.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qalan Puta qəsəbəsinin sakinləri Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi olan Mixail Zabelinə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

