Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq genişlənir
29.08.2022 [10:29]
Bu gün həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həyata keçirdiyi yüksək səviyyəli xarici siyasəti ilə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur. Azərbaycanın yeritdiyi siyasət əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır və etibarlı, bərabərhüquqlu bir tərəfdaş kimi qəbul edilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev eyni zamanda türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Azərbaycanla Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.
Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu hər zaman düzgün qiymətləndirir və ölkəmizlə hərtərəfli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
24 avqust 2022-ci il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və bu səfər çərçivəsində müxtəlif sahələr üzrə 20-dən çox sənədin imzalanması Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına kömək edəcəkdir.Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannamə bu sənədlər içərisində xususi əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasındakı əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcəkdir.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəkdir. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə və qarşılıqlı tədarüklərin artırılması baxımından geniş fikir mübadiləsi aparılmışdır. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühitinin olması Azərbaycanda, Qazaxıstanda, eləcə də, başqa ölkələrdə birgə investisiya layihələrində iştirak etməyimizə gətirib çıxaracaqdır.
Bu səfər Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək və iki qardaş ölkə arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

