/ / İlham Əliyevin Qazaxıstanın “Altın kıran” ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqidir
İlham Əliyevin Qazaxıstanın “Altın kıran” ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqidir
29.08.2022 [10:36]
Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik.
Qazaxıstan Mərkəzi Asiyanın qayəsidir və zəngin təbii sərvətləri baxımından fövqaladə əhəmiyyətə malikdir, buna görədə istər Qərb, istər Rusiya, istər Çin, istər Türkiyə Qazaxıstanı öz koordinatında saxlamaq niyyətindədilər. Qazaxıstanda Nursultan Nazarbayevin epoxası bitsə də bu dövlətin xarici siyasətinin istiqamətləri Qərb–Rusiya–Çin arasındakı balansda strateji təlimatlardan kənara çıxmamağa sadiqdir. Qazaxıstan uğrunda gedən çəkişmə Tokayevi Kremlin orbitindən çıxmağa hesablanıb və hər bir tərəf Tokayevi maksimum dərəcədə özünə cəzb etmək üçün yarışır. Trans – Xəzər dəhlizi ən çox qərbin maraqlarına cavab verir, bu Rusiya ilə Belarusdan keçən standart marşrutun əvəzedicisinə çevrilir.
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri hər iki tərəf üçün çox mühüm əhəmiyyətə malikdir. Kasım-Jomart Tokayev cənab Prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlərində ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair müzakirələr aparılıb. Eyni zamanda, bir çox sahələr üzrə əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Səfər çərçivəsində bütün sahələrdə 20-dən artıq çox mühüm sənədlərin imzalanması, müttəfiqlik və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə hər iki ölkənin dostluq və qardaşlığına əsaslanan münasibətlərin inkişafına çox böyük töhfələr verəcəkdir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdə iki ölkənin əməkdaşlığı və birgə fəaliyyəti münasibətlərimizin yüksələn xətt üzrə inkişafından xəbər verir. Azərbaycan və Qazaxıstan təkcə yaxın qonşu dövlətlər deyil, həm də uzunmüddətli tərəfdaşlardır. İndi Azərbaycan və Qazaxıstan regionda inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edən iki nəhəng gücdür. Nəzərinizə çatdıraq ki, hər iki ölkə Asiya-Avropa marşrutu üzrə yüklərin daşınmasında mühüm rol oynayır.
Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqi olmaqla yanaşı, eyni zamanda da möhtərəm dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Həmçinin ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da qeyd etmək lazımdır. Bu baxımdan, Qazaxıstanın Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi də qardaşlıq münasibətinin daha bir nümayişi idi.
Diqqətəlayiq haldır ki, Azərbaycan və Qazaxıstan istər ikitərəfli münasibətlərdə və istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə eyni mövqelərdən çıxış edirlər. Bu, bir daha deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Təbii ki, bu yaxınlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradır.
Elçin İsmayılov,
Yeni Azərbaycan Pastiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25

