Azərbaycan regionda etibarlı geosiyasi strateji tərəfdaş kimi önəmli əhəmiyyət daşıyır
05.10.2022 [11:12]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Bu gün Azərbaycan regionda etibarlı geosiyasi strateji tərəfdaş kimi bir sıra inkişaf etmiş ölkələr üçün önəmli əhəmiyyət daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyevin Bolqarıstana rəsmi səfəri və səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı tərəfdaşlıq məsələlərinin müzakirəsi Azərbaycanın etibarlı qaz təchizatçısı kimi Avropa üçün önəm daşıyan ölkə olduğunu bir daha təsdiq etmiş oldu.
“Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir”, - deyən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın regionda etibarlı strateji tərəfdaş olmasını bird aha diqqətə çatdırdı.
Məlum olduğu kimi bu ilin iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda görüş keçirmişdir. Artıq bu bir həqiqətdir ki, Azərbaycan həm geosiyasi, həm iqtisadi baxımdan bir çox xarici dövlətlər və Beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş kimi qiymətləndirilir. Ölkəmiz qazandığı tarixi Zəfərdən sonra bölgədə və regionda yeni reallıqlar yaratmış oldu ki, bu da məhz ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndirilir.
Bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır.
Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın 15 ildən çox tarixi vardır.
Bildiyimiz kimi Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar və bu imzalanan Memarandum Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığına yeni töhfələr verəcəkdir.
Azərbaycan bölgədə ən etibarlı strateji tərəfdaş kimi bütün dünyanın diqqət mərkəzindədir və bu amil ölkəmizin dünyanın siyasi arenasında böyük nüfuz və söz sahibi olmasına dəlalət edir.
Bolqarıstan Respublikasına səfər zamanı nəqliyyat sahəsində “Orta dəhliz”in, Şərq-Qərb nəqliyyat dəhlizinin ölkələrimizi bir-birinə daha da sıx bağlayacağını qeyd edən Prezidenti cənab İlham Əliyev deyib: “Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir”.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, uğurlu daxili və xarici siyasət xətti Azərbaycanın beynəlxalq aləmdə nufuzunun gündən günə artmasına böyük zəmin yaratmışdır.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

