Ana Yasamız dövlətimizin inkişafına mühüm töhfələr verir
10.11.2022 [10:58]
31 il öncə – Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm məsələ yeni Konstitusiyanın hazırlanması və qəbulu idi. Belə ki, 18 oktyabr 1991-ci ildə qəbul olunan “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Lakin 1993-cü ilin iyun ayına qədər Azərbaycanda hakimiyyətdə olanlar bu istiqamətdə heç bir ciddi addım atmamışdılar. Bu səbəbdən də Azərbaycan Respublikasının Ana Yasasının qəbulu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu.
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasının qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. 1995-ci il Konstitusiyası ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətimizin və cəmiyyətimizin inkişaf yollarını, xalqımızın iradəsini özündə əks etdirir. Konstitusiyanın qəbulundan bir il sonra – Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayan Ulu Öndər Heydər Əliyev demişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Yeri gəlmişkən qeyd edək ki, konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik qanunu olmaqla yanaşı, digər qanunlar kimi dəyişməz deyil, daim təkmilləşdirilir. Buna görə də konstitusiyaya müəyyən vaxtlarda dəyişikliklərin olunması, müasir tələblərə uyğunlaşdırılması bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki Konstitusiya xalqın və dövlətin inkişaf prioritetlərini özündə əks etdirməli, vətəndaşın hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.
Bu baxımdan, ölkəmizdə indiyə kimi üç dəfə konstitusiya islahatı həyata keçirilib. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac bütün sahələrdə qabarıq nəzərəçarpan inkişafdan irəli gəlirdi. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də referendum keçirilməsi Əsas Qanunda insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasi və hüquqi sistemini təkmilləşdirmək məqsədi daşıyırdı. Referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edildi. Bu dəyişikliklər, həmçinin məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.
Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, səsvermə hüququ olan vətəndaşlar daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür.
Ölkəmizdə növbəti konstitusiya islahatı 26 sentyabr 2016-cı ildə keçirilib. Həmin vaxt Əsas Qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaq idi. Azərbaycan xalqı özünün tarixi və ən doğru addımını ataraq bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləkdiyini nümayiş etdirdi.
Ümumiyytələ, Konstitusiyaya edilmiş hər bir əlavə və dəyişiklik Azərbaycan Respublikasının hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yoluna, demokratik dəyərlərə sadiqliyini əyani şəkildə təcəssüm etdirib. Bu gün qəbul edilməsinin 27 illiyini qeyd etdiyimiz, 3 dəfə keçirilən xalq səsverməsi nəticəsində edilən dəyişikliklər yolu ilə mütərrəqi müddəalarla daha da təkmilləşən Ana Yasamız dövlətimizin inkişafına mühüm töhfələr verir.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

