İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasıdır
14.11.2022 [12:03]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
12 noyabr 1995-ci ildə qəbul olunan milli Konstitusiyamız müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövrün tələblərinə uyğun olaraq zaman-zaman ümumxalq səsverməsi yolu ilə mütərəqqi müddəalarla daha da təkmilləşən, ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənən Əsas Qanunumuz dövlətimizin inkişafına mühüm töhfələr verir. Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı. Milli Konstitusiyamızın qəbul edildiyi gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi.
Müstəqil dövlətimizin ilk Konstitusiyası əvvəlkilərdən köklü surətdə fərqlənir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Əsas qanunlarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdi. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır. Sovet konstitusiyalarından fərqli olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Bununla yanaşı, hakimiyyət bölgüsü, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri Azərbaycan Konstitusiyasının hüquqi mahiyyətini əks etdirən mühüm məsələlərdir.
Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil edilməsi kimi təməl prinsiplər təsbit olunmuşdur. Qeyd etdiyimiz kimi, əsas Qanunumuza mütəmadi olaraq dövrün tələblərinə uyğun əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsi keçirilir. Edilən əlavə və dəyişikliklərin bir hissəsi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yenilişməyə, təkmilləşməyə xidmət edir. “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə görə, dövlətin məqsədi vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək həyat səviyəsinin təmin edilməsidir. Bu əlavə bir daha dövlətimizin siyasətində insan amilinə yüksək önəm verildiyini təsdiqləyir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub. Bu da onun təsdiqidir ki, ölkəmizdə bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Azərbaycan bugünkü dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant, multikulturalizmi həyat tərzinə çevirən ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Ümumilikdə humanizm prinsipləri milli Konstitusiyamızın əsasını təşkil edir.
Qeyd etdiyimiz kimi, dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasına bu günədək üç dəfə əlavə və dəyişiklik etmək üçün ümumxalq səsverməsi keçirilib. Demokrtatik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizin 2001-ci ildə bilavasitə demokratik təsisatların inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması və son 21 idə əlaqələrin inkişafı, Azərbaycanın hər bir öhdəliyi yüksək səviyyədə yerinə yetirməsi də bunun bariz nümunəsidir. Uğurlu siyasət bütün sahələrdə təkmilləşməyə yeniliklərə, davamlı uğurlara yol açır.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32

