Yeni qanun cəmiyyət-hakimiyyət münasibətlərinin daha sağlam mərhələyə keçməsinə təkan verəcək
16.01.2023 [15:21]
Bu günlərdə Milli Məclis tərəfindən qəbul edilmiş “siyasi partiyalar haqqında” qanunun cənab Prezident tərəfindən imzalanması ölkədə demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır. Qeyd etmək lazımdır ki, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin özünün sifarişindən irəli gəlirdi. Yeni qanunun qəbul edilməsini zəruri edən səbəblərə gəldikdə isə bunlardan birincisi ölkəmizdə aparılan dərin siyasi islahatlar idi. Digər səbəblərə gəldikdə isə nəzərə almaq lazımdır ki, siyasi partiyalar haqqında əvvəlki qanun 1992-ci ildə qəbul edildiyi üçün günümüzün reallıqları və siyasi sistemimizin inkişafı ilə ayaqlaşmırdı. Həmçinin 1990-cı illərdə siyasi sistemimiz Qarabağ problemi və onun həlli yollarının axtarışları kontekstində formalaşmışdı. Bu gün isə ərazi bütövlüyümüz bərpa edilib, Qarabağ problemi aradan qaldırılıb və bu tarixi proses nəticəsində cəmiyyətimizdə 44 günlük müharibədən sonra yeni siyasi konfiqurasiya yaranıb. Bütün bunlar siyasi fəaliyyət və məqsədlər baxımından paradiqmal dəyişikliklərdir və şübhəsiz ki, yeni qanun da bunları əhatə edəcək qədər təkmil, ictimai-siyasi dəstək baxımından da kütləvidir. Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistemin nəzərə alınması, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələrinin, habelə siyasi partiyaların təkliflərinin nəzərdən keçirilməsi daha təkmil bir qanunun qəbul edilməsinə təkan vermişdir.
Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni, 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq, siyasi rəqabəti gücləndirmək, hər bir vətəndaşın səsi uğrunda mübarizə aparmaq, seçiciləri partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilmişdir. Bu baxımdan Qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələri olduqca mühüm əhəmiyyət kəsb edir.Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşmışdır.
Qəbul edilən qanun təbii ki, siyasi partiyaların cəmiyyətdə nüfuzunun artmasına, siyasi proseslərə təsir imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərəcək. Ölkəmizdə sağlam siyasi mühit mövcuddur. Atılan bu kimi addımlar demokratik mühiti daha da təkmilləşdirir, Azərbaycanın bu dəyərlərə bağlılığını nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, atılan addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür.
Göründüyü kimi, ölkə həyatında baş verən yeniliklər cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, yaxud yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə bağlı təhlillərdə bu fikir xüsusi qeyd edilir ki, bu sənəd partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol açacaq.
Cəmiyyətin indiki durumunda “Siyasi partiyalar haqqında” qanun bundan sonrakı mərhələdə cəmiyyətdə siyasi aktivliyi əhəmiyyətli dərəcədə artıracaq, hakimiyyət-cəmiyyət münasibətlərini daha da inkişaf etdirərək onun demokratik əsaslarını gücləndirəcək, vətəndaşların dövlət qərarlarının qəbul edilməsi prosesinə təsir imkanları genişlənəcək, bir sözlə, cəmiyyət-hakimiyyət münasibətlərinin daha sağlam mərhələyə keçməsinə təkan verəcək.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

