Qanun ölkədə mövcud siyasi sistemin təkmilləşməsinə xidmət edəcək
18.01.2023 [11:30]
Vüsal Hüseynov YAP Xocavənd rayon təşkilatının sədri
Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilib) çıxarılmazdan əvvəl Qanun layihəsi sentyabr ayının 7-si Milli Məclisin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib. Bundan başqa Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib (40 sual verilib). Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş). Həmçinin, onu da qeyd etməliyik ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb, Milli Məclisin saytında yerləşdirilib, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Qeyd edək ki, ictimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb.
Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər, təkliflər sənəddə öz əksini tapıb, o cümlədən yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb.
Müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq olub. Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Siyasi partiya rəhbərlərinin və nümayəndələrinin, eləcə də, QHT-lərin iştirakı ilə keçirilən ictimai dinləmələr Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi.
Qanun layihəsinin 6.1-ci maddəsində qeyd olunan siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin sayının 10 min göstərilməsi idi. Qanun layihəsinin dəyişikliklər olunmuş sonuncu variantında bu sayın 5 minə endirildiyini görürük. Bununla yanaşı, ciddi müzakirə olunan maddələrdən biri də 5.1-ci maddədə göstərilən siyasi partiya təsisçilərinə qoyulan 20 il tələbi ilə əlaqədar idi.
Yeni Qanunda bu məsələnin də öz həllini tapmış olması Azərbaycanda siyasi plüralizmin hökm sürdüyünün növbəti təzahürüdür. Eyni zamanda, qanunda 3 faizlik baryer də götürülüb. Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq, siyasi rəqabəti gücləndirmək, hər bir vətəndaşın səsi uğrunda mübarizə aparmaq, seçiciləri partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. Bu baxımdan Qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələri olduqca mühüm əhəmiyyət kəsb edir. Həmçinin, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq. Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq. Şübhəsiz ki, yeni qanun Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəddir. Hazırlanan sənədin ictimai əhəmiyyəti və onun siyasi sistemdə yaradacağı dəyişikliklər müsbət qiymətləndirilməlidir.
Yeni qanunun layihəsi hazırlanarkən 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsi öyrənilib. Yeni qanunda siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır: “Yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək. Göründüyü kimi, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25

