YAP Nizami rayon təşkilatında Zərifə xanım Əliyevanın xatirəsini anma mərasimi keçirilib
22.04.2011 [09:30]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə əklil qoyulub, xatirəsinə ehtiram göstərilib.
Akademik Zərifə xanım Əliyevanın xatirəsini anma tədbiri YAP Nizami rayon təşkilatının qərargahında davam etdirilib.
Əvvəlcə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açıb. S.Vəliyeva deyib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, görkəmli alim aktual mövzulara həsr edilmiş tədqiqatlar aparıb, bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb.
Görkəmli oftolmoloq alimin tələbəsi, Milli Oftoliologiya Mərkəzinin elmi işçisi Daqmara Məmmədova Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb. O, deyib ki, vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedalı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.
Alimin yüksək insani keyfiyyətlərindən danışan YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva bildirib ki, Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olub. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi. Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Xəyalə Əsgərli isə qeyd edib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.
RAMİL
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

