Regionda sabitliyin qarantı
17.02.2023 [11:33]
Qardaş Türkiyə çətin sınaqdan keçir. Bu dəhşətli təbii fəlakətin ağır fəsadları təkcə Türkiyəni deyil, ona dost, qardaş olan Azərbaycanı da səfərbər etdi. Azərbaycan və Türkiyə tarix boyu bir-birinin ən sevincli və çətin günlərində bir olub, həmrəylik nümayiş etdiriblər. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. İki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməsi həqiqətlərimizin dünya ictimaiyyətinə faktlarla çatdırılmasında, eyni zamanda, ədalət, beynəlxalq hüquq anlayışlarının mövcudluğunun təsdiqində öz sözünü deyir. Azərbaycan və Türkiyə hər zaman haqqın, ədalətin yanındadır və bunu atdıqları hər addımda nümayiş etdirirlər. Ən yaxın tariximizdə 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qardaş ölkənin Azərbaycana mənəvi və siyasi dəstəyi xalqımızda böyük qürur hissi yaratdı. Türkiyənin bu dəstəyindən böyük güc alan Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı, tarixi ədaləti bərpa etdi, 30 illik işğala son qoydu. Bu birlik son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də öz təsdiqini tapır. Bu gün Azərbaycan qardaş Türkiyənin kədərinə şərik olaraq, səfərbər olub. Hər kəs yardım göstərməyə, dəstək olmağa çalışır. Bu, bir dövlətin dövlətə deyil, bir qardaşın qardaşa dəstəyi, yardımıdır. Dünya hər zaman Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çağırışlarına əsasən, bütün ölkə üzrə həyata keçirilən humanitar yardım hər birimizdə qürur hissi yaradır. Biz bir millət, iki dövlət olduğumuzu bir daha nümayiş etdiririk. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımında qeyd etdiyi kimi, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Fevralın 6-dan bu günədək ölkəmizdə gündəm Türkiyədə baş verən təbii fəlakət və onun ağır nəticələridir. Dağıntılar altından insanların çıxarılmasını anbaan izləyir, hər birinin yaşadığını bir həyat hekayəsi olduğunu kədərlə qeyd edirik. Paytaxt və bölgələrdə bütün vətəndaşlarımız böyük bir sevgi və fədakarlıqla qardaş türk xalqının dərdinə şərik olmaq, təbii fəlakətdən zərərçəkən qardaş və bacılarına yardım etmək üçün əllərindən gələni əsirgəmirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva paylaşımında Azərbaycan vətəndaşlarına insansevərliyə, yardımsevərliyə görə təşəkkürünü bildirir. Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərinə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürünü bildirən, ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını bildirən Mehriban xanım Əliyeva “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” fikri ilə bir daha xalqımıza xas olan dəyərləri təqdim edir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05

