Dədə Şəmşirin 130 illiyinə həsr edilmiş tədbir keçirilib
17.03.2023 [11:29]
Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının, Azərbaycan Aşıqlar Birliyinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Ozan- aşıq ədəbiyyatı" mövzusunda Dədə Şəmşirin 130 illiyinə həsr edilmiş tədbir keçirilib.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyində baş tutan tədbirdə Rəqəmsəl İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı,YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Millət vəkili Aqil Məmmədov, Millət vəkili Jalə Əliyeva, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, Filologiya elmləri doktoru, əməkdar jurnalist Adil Cəmil, Tibb elmləri namizədi, tədqiqatçı Nağdəli Zamanov, şair Yusif Hüseyn və Aşıq yaradıcılığının araşdırılması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustadı, qədim saz havalarının və dastanların mahir ifaçısı, el sənətkarı, daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edən Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yaradıcılığından bəhs edən natqilər bildiriblər ki, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıblar.Bildiriblər ki, elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Aşıq Şəmşir də belə sənətkarlardandır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardandır.Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb.
Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına xüsusi diqqət və qayğı göstərmiş, saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1973-cü ildəUlu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldılmışdır.
Aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə "Aşıq Şəmşir" mədəniyyət ocağı fəaliyyətə başladı. Mədəniyyət ocağı bütünlükdə aşıq sənətinin təbliğat və inkişaf mərkəzidir. Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Həmçinin gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur. Böyük aşıq nəslindən olan Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlunun diqqəti sayəsində mədəniyyət ocağında, milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, aşıq sənəti, folklor və digər incəsənət nümunələrinin toplanması, araşdırılması, onların qoruyub yaşatması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülüb. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyi isə UNESCO-da məsləhətçi statusu qazanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşıq Şəmşirin mədəni irsinə yüksək qiymət vermiş və Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır.
Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmiz inkişaf etmiş, ordumuz güclənmiş, xalq-iqtidar birliyi monolit qüvvəyə çevrilmişdir.Məhz bu birlikdən yaranan “Dəmir Yumruğun” hesabına 30 ilə yaxın düşmən taptağından olan ərazilərimiz azad olmuş və ərazi bütövlüyümüz bərpa edilmişdir.Bu gün saz-söz sənətinin dahi ustadı, əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yurdu saz-söz beşiyi Kəlbəcər rayonu indi azaddır.Aşıq Şəmşir məktəbi Kəlbəcərdə yeni-yeni saz-söz sərrafları yetişdirəcək və bizlər Dədə Şəmşirin növbəti yubleyini təbiətin möcüzəsi olan doğma Kəlbəcərimizdə qeyd edəcəyik.
Xəbər lenti
Hamısına baxElm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36

